Accessibility links

NATO rəhbəri: "Rusiya Navalnı haqda ciddi suallara cavab verməli olacaq"


Rusiya müxalifət lideri Aleksey Navalnının zəhərlənməsini müzakirə etmək üçün cümə günü NATO səfirlərinin təcili iclasından sonra müttəfiqlər Rusiyanın Kimyəvi Silahların Qadağası Təşkilatının nəzarəti altındakı tərəfsiz bir istintaqda tam əməkdaşlıq etməli olduğunu bildiriblər.

"Kimyəvi silahların istifadəsi insan həyatına hörmətsizlik, beynəlxalq norma və qaydaların qəbuledilməz şəkildə pozulmasıdır," NATO-nun Baş Katibi Yens Stoltenberq Brüsseldəki görüşdən sonra jurnalistlərə bildirib.

Stoltenberqin sözlərinə görə, NATO üzvləri Rusiyanın ciddi suallarla qarşılaşdığını və onlara cavab verməli olacağını deyir.

Aleksey Navalnənın müalicə olunduğu Berlin xəstəxanası
Aleksey Navalnənın müalicə olunduğu Berlin xəstəxanası

Almaniya Kremlin tənqidçisi Aleksey Navalnının sovet istehsallı sinir sistemini iflic edən maddə ilə zəhərləndiyini müəyyən etdiyini bəyan etməsindən sonra Kreml bu işdə əli olduğunu inkar edir.

Çərşənbə günü Almaniya Kansleri Angela Merkel istintaqın Navalnının Sovet dövründən qalma toksik “Noviçok“la zəhərləndiyini təsdiqləyib. Merkel açıq şəkildə müxalif siyasətçinin həyatına Rusiya hökuməti tərəfindən sui-qəsd cəhdi olduğunu deyib.

“Aleksey Navalnyı “Noviçok“ qrupundan olan sinir sistemini iflic edən maddə ilə zəhərlənib. Bu zəhər testlərdə birmənalı olaraq müəyyən edilə bilər,” Merkel bildirib.

Merkel "Yalnız Rusiya hökumətinin cavab verə biləcəyi ciddi suallar var" deyə əlavə edib.

Bu açıqlamaya dərhal reaksiya verən Kreml Almaniyanın qoyduğu diaqnozu şübhə altına aldığını, Navalnının avqustun 22-də Berlinə gedənə qədər Sibir xəstəxanasında olarkən Rusiya həkimlərinin onun testlərində sinir sistemini iflic edən maddə aşkar etmədiyini israr edib.

Zəhərlənmə hadisəsi ABŞ-da da əks-səda doğurub. Prezidentliyə Demokrat namizəd Co Bayden Kremli "Navalnının həyatına qarşı həyasızcasına sui-qəsd bir cəhddində", Prezident Donald Trampı isə Vladimir Putinin qarşısında zəiflikdə ittiham edib.

ABŞ Dövlət Katibi Mayk Pompeo Navalnının vəziyyətindən narahat olduğunu bildirmiş və qəsdən zəhərlənmə ilə bağlı "xəbərlər doğru olduğu təqdirdə" araşdırma aparılacağını demişdir.

Təsdiq olunarsa, Rusiya hökumətinin düşmən saydığı şəxslərə qarşı kimyəvi maddədən istifadə etməsi ilk hal deyil.

Ötən ilin avqustunda Birləşmiş Ştatlar sabiq rus casusu Sergey Skripalın 2018-ci ildə Birləşmiş Krallıqda zəhərləndirilməsi ilə əlaqədar olaraq Moskvaya əlavə sanksiyalar tətbiq etmişdi.

Rusiya QRU agentlərindən istifadə edərək Qərbə köçmüş sabiq casusu Noviçokla zəhərləmişdi.
Rusiya QRU agentlərindən istifadə edərək Qərbə köçmüş sabiq casusu Noviçokla zəhərləmişdi.

Skripal və qızının 2018-ci ilin mart ayında İngiltərənin Salisburi şəhərində Sovet İttifaqının istehsal etdiyi "Noviçok" sinir maddəsi ilə zəhərlənməsində rusiyalı casuslar günahlandırılıb.

Skripal və qızı hücum nəticəsində sağ qalıb, lakin daha sonra bir qadın partnyorunun atılmış ətir qabını ona verəndən sonra ölüb.

Böyük Britaniya höküməti Ruslan Boşirov və Aleksandr Petrovu Serqey Skripal və qızı Yuliyanı zəhərləməkdə şübhəli bilir. “Bellingcat” və “The İnsider” agentliklərinin birgə apardığı araşdırmaya əsasən, onlar Rusiyanın xüsusi xidmət işçiləridir.

Böyük Britaniya prokurorluğu iddia edir ki, Petrov və Boşirov ölkəyə 2018-ci il martın 2-i Rusiya pasportu ilə gəliblər. Lakin pasportlarda onların əsl adlarının qeyd edilib-edilmədiyi hələlik məlum deyil. Onlar “Noviçok” adlı zəhərli maddəni Nina Ricci ətirinin qabında gətiriblər.

Şərhlərə bax

XS
SM
MD
LG