Accessibility links

NATO Rusiya ilə əməkdaşlığı dayandırıb


NATO-Rusiya
please wait
Embed

No media source currently available

0:00 0:03:36 0:00
NATO Rusiyanın Krımı ilhaq etməsinə cavab olaraq, Moskva ilə praktiki əməkdaşlığı bütünlüklə dayandırıb. Şimali Atlantik alyans Şərqi Avropa ölkələri ilə müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində iş aparır.

NATO-nun xarici işlər nazirləri hərbi strateqlərə müdafiənin gücləndirilməsini tapşıraraq, Şərqi Avropa müttəfiqilərini Rusiyanın Krıma qeyri-qanuni müdaxiləsinə cavab veriləcəyini əmin edib. ABŞ Dövlət katibi Con Kerri.

“Biz birlikdə Rusiyanın Krımı ilhaq etməsi səylərinin hansısa bir şəkildə leqallığı fikrini rədd etdik. Bu qorxutma taktikası, xüsusilə də Ukrayna sərhədində böyük sayda əsgəri qüvvə toplanmasına etiraz etdik.”

Rusiya Ukrayna ilə sərhəddə Rostov regionundan motoatıcı alayı çıxardığını bildirib. Bu, Kiyevdə yeni hökuməti qorxutmaq və öz mövqelərini möhkəmlətmək üçün ABŞ rəsmilərinin təxmin etdiyi kimim Rusiyanın 400 minlik əsgəri qüvvənin bir hissəsidir.

Moksva əsgəri qüvvənin təlim məqsədilə sərhəddə yerləşdirildiyi iddia edir. NATO-nun Baş katibi Anders Foqh Rasmussen Rusiyanın öz qüvvələrini geri çəkdiyinə dair dəlilin olmadığını bildirib.

“Təəssüf ki, mən Rusiyanın öz qüvvələrini geri çəkdiyini təsdiq edə bilmərəm. Biz bunu görmürük. Böyük sayda əsgəri qüvvə gərginliyin aradan qaldırılmasına kömək etmir.”

Rasmussen Rusiyanın hərəkətlərini Avropanın təhlükəsizliyinə son dövrdə ən böyük təhlükə adlandırıb.

“Rusiya bizim tərəfdaşlıq münqasibətlərinin qurulduğu prinsiplərə zərbə endirib və öz təəhhüdlərini pozub. Buna görə də biz əvvəlki kimi iş birliyi apara bilmərik.”

Rusiya Ukraynanın yeni liderlərinin NATO ilə yaxınlığını istəmir.

Lakin Almaniyanın Xarici İşlər naziri Frank Valter Ştanmeyer deyir ki, NATO-nun məqsədi Ukraynanın qəbul edilməsi deyil.

“Mən NATO-Ukrayna şurası çərçivəsində daha yaxın əməkdaşlıq təsəvvür edirəm, lakin NATO-ya üzvlüyə aparan yolu görmürəm.”

Amerika universitetinn professor Kif Dardenin fikrincə, Rusiyanın Ukraynanın Qərbə yaxınlaşmasına cavabı onun digər keçmiş sovet respublikalarında mövqeyinə təsir göstərə bilər.

“Rusiya ilə yüksək inteqrasiya səviyyəsinin bir tərəfi öz ölkəndə suveren olmaq demək idi. Rusiya bu fikri yox etdi. Mən tamamilə əminəm ki, regionda və hətta yaxın müttəfiqlər olan Minsk və Yerevanda indi “hansı Rusiya ilə əlaqə qururuq” kimi suallar qaldırılır. Bu, Rusiyanın orbitindən çıxmaq üçün onları qorxuda bilər.”

Rusiyanın fəaliyyəti NATO ilə praktiki sahələrdə əməkdaşlığın dayandırılması ilə nəticələnsə də, alyans bildirir ki, NATO-Rusiya Şurası vasitəsilə siyasi dialoq, eyni zamanda, əks-terror, dəniz quldurluğuna qarşı səylər və Əfqanıstanda narkotik maddələr mübadiləsinə qarşı əməliyyatlar davam etdiriləcək.
XS
SM
MD
LG