Accessibility links

NATO Rusiyanı hərbi təlimlərdə şəffaf olmağa çağırır


NATO-nun baş katibi cümə günü Rusiyanı "Zapad-2021" hərbi təlimləri və bu təlimlərə cəlb olunan qoşun sayın ilə bağlı şəffaf olmağa çağırış edib. Bu arada isə Polşa, Baltikyanı ölkələr və Ukraynada Moskvanın niyyətləri ilə bağlı narahatlıqlar artır.

Müttəfiq rəsmilərinin bildirdiyinə görə, Rusiyanın NATO ilə paylaşdığı sərhəd boyunca keçirilən əvvəlki "Zapad" və ya "Qərb" təlimləri genişmiqyaslı olub. Onlar Moskvanın beynəlxalq qaydalara rəğmən adətən qoşun sayını az göstərir.

NATO-nun Baş katibi Yens Stoltenberq "Reuters" ə açıqlamasında "Rusiya özünü proqnozlaşdırıla bilən və şəffaf şəkildə aparmalıdır" deyib.

Təlimlərin əsas mərhələsi sentyabrın 10-da başlayacaq.

NATO rəsmilərinin bildirdiyinə görə, bu il Rusiyanın Ukrayna ilə sərhəddə qoşunlarını cəmləşdirməsindən sonraya təsadüf edən “Zapad” təlimləri böhranla nəticələnə biləcək qəza və ya səhv hesablama riskini artırır.

Stoltenberq "Daha əvvəl gördüklərimizə əsasən, təlimlərdə iştirak edən qoşunların sayı elan edilən saydan xeyli çox olub" deyərək Moskvanı Avropada hərbi təlimləri tənzimləyən beynəlxalq saziş olan Vyana Sənədi altındakı öhdəlikləri yerinə yetirməyə çağırıb.

İttifaqın jurnalı olan "NATO İcmalı"nın hesablamalarına görə, Rusiya Zapad-2017-də 60-70 min arasında hərbçi yerləşdirib, ancaq cəmi 12,700 hərbçinin iştirak etdiyini elan etmişdi.

Belarus əsgərləri ilə qüvvələrini birləşdirəcək Rusiya öz ərazilərində həyata keçirmə hüquqlarının olduğunu və qoşun sayı barədə dəqiq məlumat verdiyini deyir.

Belarusun Müdafiə Nazirliyi avqust ayında təlimlərin həm Rusiya, həm də Belarusdakı təlim meydançalarında keçiriləcəyini və iki ölkənin hücum edildiyi bir ssenari üzərində qurulacağını bildirib.

"Reallıq budur ki, Soyuq Müharibə bitdikdən sonra Rusiya heç vaxt təlimlərini icbari yoxlamalara açmayıb. Buna görə də ayıq-sayıq olacağıq" – deyə, Stoltenberq qeyd edib.

Qərb mütəxəssisləri hesab edir ki, dronlar, raketlər və yeni silahlardan istifadə edən genişmiqyaslı əməliyyatlar Rusiyanın Avropada ABŞ-la hər hansı bir müharibəyə hazırlıq aparmasına imkan verir. NATO müdafiə ittifaqı olduğunu və heç bir münaqişə axtarmadığını bildirir.

Minsk Avropa İttifaqının Belarus hökumətinə qarşı sanksiyalarına cavab olaraq, Avropa İttifaqına təzyiq göstərmək üçün miqrantları Litvaya getməyə məcbur etdikdən sonra Belarus-NATO sərhədində də gərginlik mövcuddur.

"Belarus miqrasiyanı silahlandırır. Biz növbəti həftə Litvaya bir mütəxəssis qrupu göndərmək qərarına gəldik ki, Litvaya rejimin (Prezident Aleksandr Lukaşenko) hibrid fəaliyyətləri ilə üzləşməsinə kömək edək” -deyə Stoltenberq vurğulayıb.

Belarus hər hansı qanun pozuntusunu rədd edir.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG