Accessibility links

NATO Rusiyanın narahatlıqlarını azaltmağa nail olmayıb (Yenilənib)


NATO Rusiyanın narahatlıqlarını azaltmağa nail olmayıb (Yenilənib)
NATO Rusiyanın narahatlıqlarını azaltmağa nail olmayıb (Yenilənib)

NATO xarici işlər nazirlərinın Rusiyanın Avropada raketlərdən müdafiə sisteminə dair narahatlıqlarını azaltmağa nail olmayıb. NATO-nun baş katibi Andres Foq Rasmussen bu gün tərəflər arasında tlkliflə bağlı fikir ayrılıqlarının hələ də mövcud olduğunu, lakin müzakirələrin davam edəcəyini bildirib. Cənab Rasmussen Moskvanın paketlərdən müdafiə sisteminin Rusiyaya əleyhinə istifadə ediləcəyinə dair iddialarını rədd edib. Görüşdən sonra Rasmussen Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

ABŞ dövlət katibi Hillari Klinton Brüsseldə jurnalistlərə deyib ki, NATO-nun raketlərə qarşı müdafiə sistemini Avropada yerləşdirmək planı Rusiyanın hərbi əks-tədbirlərə əl atması demək deyil. Xanım Klinton bu planın Rusiyaya qarşı olmadığını deyib.

Dünən Rusiya ABŞ və NATO-nun Avropada raketlərdən müdafiə sistemi yeni silah yarışına yol açdığını bildirmişdi.


XS
SM
MD
LG