Accessibility links

NATO-nun baş katibi Ankarada səfərdədir


Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan, və NATO-nun baş katibi Yens Stoltenberq. 6 may, 2019.
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan, və NATO-nun baş katibi Yens Stoltenberq. 6 may, 2019.

NATO-nun baş katibi Yens Stoltenberq ittifaqa üzv olan Türkiyə ilə Birləşmiş Ştatlar arasında Ankaranın Rusiyadan S-400 raket sistemi alması səbəbilə gərginliyin artdığı bir vaxt Türkiyə paytaxtında səfərdədir.

NATO başçısının səfəri Ankaranı Rusiyanın raketlərini almamağa razı salmaq cəhdi kimi qiymətləndirilir.

Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, habelə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

“Biz bir sıra məsələlər, o cümlədən NATO-Aİ münasibətləri və Türkiyənin S-400 raketlərini almasını müzakirə etdik”, Çavuşoğlu Twitter hesabında yazıb.

Stoltenbergin səfəri Moskvanın S-400 raket sistemini Türkiyəyə çatdırmasından bir neçə həftə öncəyə təsadüf edib. Vaşinqton Türkiyəyə Rusiyadan əhəmiyyətli silah alışına qadağa qoyan Amerikanın Rəqiblərinə Qarşı Sanksiyalar Vasitəsilə Mübarizə Aktı altında sanksiya tətbiq etməklə təhdid edib.

ABŞ rəsmiləri iddia edir ki, Rusiya raketləri NATO-nun müdafiə sistemlərini, xüsusilə də ABŞ-ın Türkiyə ilə ortaq istehsalı olan ən son döyüş təyyarəsi F 35-i vura bilər.

Rəcəb Tayyib Ərdoğan, Mövlud Çavuşoğlu və Yens Stoltenberq. 6 may 2019.
Rəcəb Tayyib Ərdoğan, Mövlud Çavuşoğlu və Yens Stoltenberq. 6 may 2019.

Bu çıxılmaz vəziyyətə həll yolu tapmaq üçün vaxt daraldığına görə, Ərdoğan NATO-nun üzləşdiyi riskləri vurğulayıb.

"Biz elə bir zamandayıq ki, terrorizm kimi təhlükələr birbaşa ittifaqın təhlükəsizliyinə təsir göstərir", Ərdoğan bazar ertəsi Stoltenberqin də iştirak etdiyi çıxışı zamanı bildirib. “Beynəlxalq təhlükəsizlik mühitində ciddi ziddiyətlər var”, o əlavə edib.

Analitiklər bildirir ki, Ankara Stoltenberqi S-400 məsələsində tərəf tutmaqdan yayınan və dialoq aparmağın vacibliyini vurğulayan vicdanlı vasitəçi olaraq görür. Lakin Stontenberq artıq mövqeyini sərtləşdirir.

“Hərbi təchizatla bağlı qərarları ölkələr özləri verir. Lakin, daha öncə qeyd etdiyim ki, silahlı qüvvələrimizin əməkdaşlığı əməliyyat və missiyalarımızın həyata keçirilməsi baxımından NATO üçün zəruridir”– deyə, Stoltenberq bazar günü Türkiyənin dövlət Anadolu xəbər agetnliyinə müsahibəsində bildirib.

“Mən Türkiyənin ABŞ-ın Patriot raket sisteminin mümkün alışını müzakirə etməyi dəstəkləyir, təşviq edirəm”, Stoltenberq deyib.

Vaşinqton Rusiyanın S-400-n alternativ olaraq özünün Patrior raket sistemini təklif edir.

XS
SM
MD
LG