Accessibility links

NATO sammiti-müttəfiqlik, tərəfdaşlıq və maliyyə öhdəlikləri [Video]


NATO sammiti-müttəfiqlik, tərəfdaşlıq və maliyyə öhdəlikləri
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Brüsseldə NATO sammiti Avropanın müdafiəsinin maliyyələşdirilməsi məsələsi ilə bağlı kəskin fikir ayrılıqları fonunda açıldı. ABŞ prezidenti Donald Tramp Avropa müttəfiqlərinin alyansın müdafiəsinə kifayət qədər maliyyə sərf etməməsindən şikayət edir. Birləşmiş Ştatlar ümumdaxili məhsulun (UDM) 3.5 faizini müdafiə xərclərinə sərf edərək, NATO-nun büdcəsinin 70 faizini təmin edir.

ABŞ prezidenti ilə yanaşı oturan NATO-nun baş katibi Yens Stoltenberq sammiti aydın mesajla açdı: builki zirvə görüşünün əsas diqqət mərkəzində olan məsələ NATO-nun maliyyə məsələsində vəzifələrin bölüşdürülməsidir.

NATO-nun baş katibi Yens Stoltenberq.

“Bu yükün ədalətli şəkildə bölüşdürülməsi bizim gördüyümüz bütün işlərin əsasında durur. Bir neçə il bundan əvvəl biz müdafiə büdcəmizi azaltdıq. İndi isə biz milyardlarla maliyyə əlavə edirik.”

ABŞ prezidenti Donald Tramp bunun onun sayəsində baş verdiyini deyir.

Bu yükün ədalətli şəkildə bölüşdürülməsi bizim gördüyümüz bütün işlərin əsasında durur. Bir neçə il bundan əvvəl biz müdafiə büdcəmizi azaltdıq. İndi isə biz milyardlarla maliyyə əlavə edirik.
Yens Stoltenberq

“Mənim sayəmdə keçən il ərzində onlar 40 milyard dollar əlavə maliyyə əldə edib. Buna görə mən hesab edirəm ki, NATO baş katibi Trampdan razıdır. O bəlkə də razı olan yeganə adamdır, amma mənim üçün bu, yetərlidir.”

Müttəfiqlik və dostluq münasibətləri də sammitdə sınağa çəkildi.

Tramp Rusiyadan təbii qazı Almaniyaya nəql edəcək yeni kəmər layihəsinə görə Berlini Moskvanın nəzarəti altına düşməkdə ittiham etdi.

O həmçinin Almaniyanı NATO-nun müdafiə xərcləri üçün ümumdaxili məhsulun iki faizi həddindən az maliyyə xərclədiyinə görə tənqid etdi.

Gərgin ikitərəfli görüşdən sonra Almaniya kansleri Angela Merkel ölkəsinin NATO qarşısında öhdəliklərini qeyd etdi.

Mənim sayəmdə keçən il ərzində onlar 40 milyard dollar əlavə maliyyə əldə edib.
Donald Tramp

“Apardığımız bu fikir mübadiləsi olduqca mühümdür, çünki biz tərəfdaşıq, biz yaxşı tərəfdaşıq və biz gələcəkdə əməkdaşlığı davam etdirmək istəyirik.”

Müdafiə məsələləri üzrə təhlilçi Sofiya Beş deyir ki, Almaniyanın ayrıca qeyd edilməsi ədalətli deyil.

“Almaniyanın NATO-ya verdiyi töhfələr ölkənin müdafiə xərclərindən daha artıqdır. Almaniya Litvada və NATO-nun Şərqdə mövcudluğu üçün qüvvə yerləşdirilməsində aparıcı ölkədir.”

Apardığımız bu fikir mübadiləsi olduqca mühümdür, çünki biz tərəfdaşıq, biz yaxşı tərəfdaşıq və biz gələcəkdə əməkdaşlığı davam etdirmək istəyirik.
Angela Merkel

Müdafiə xərcləri ilə bağlı məsələ NATO sammitində gündəmdə əsas diqqət mərkəzində oldu. Bununla yanaşı, Britaniya Əfqanıstanda hərbi qüvvələrin sayını ikiqat artıracağını elan etdi. Kanada isə NATO-nun İraqda təlim missiyasına başçılıq etməyi təklif etdi.

“İndi biz demokratiyanı bərpa etməli və gücləndirməliyik. NATO bu prosesdə mühüm rol oynayır və Kanada 250 nəfərlik əsgəri qüvvə yerləşdirib, çox sayda helikopter göndərəcək və biz birinci il bu missiyaya başçılıq etməyi təklif etmişik”, Kanadanın baş naziri Castin Trüdo bildirib.

NATO sammiti alyansa üzv olan 13 ölkənin helikopterlərinin onun yeni qərargahı üzərindən uçması ilə başa çatdı.

NATO-nun rəhbərliyi alyansda bu birlik ruhuna ümid bəsləyir.

XS
SM
MD
LG