Accessibility links

NATO sammitindən öncə Çikaqoda üç nəfər terrorizmdə ittiham olunub


Çikaqoda NATO sammitinə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir şəraitdə son hazırlıqların getdiyi bir vaxt maddələr daşıdıqlarına görə üç nümayişçi terrorizmdə ittiham olunub.

Polisin verdiyi məlumata görə, nümayişçilər çərşənbə günü saxlanıb və çənbə günü onların işi ilə bağlı dinləmələr keçirilib. Onlarla eyni zamanda həbs edilmiş altı nəfər cümə günü azad edilib. Saxlananlar şübhəli avadanlığın pivə hazırlanması üçün nəzərdə tutulduğunu bildirib.

Bu arada, bazar günü başlayacaq NATO sammitində iştirak etmək üçün dünyanın 50 ölkəsindən rəsmiləri Çikaqoya toplaşır.

İki gün sürəcək zirvə toplantısının gündəliyində alyansın gələcəyini müəyyənləşdiricək bir sıra məsələlərin geniş müzakirəsi gözlənilir.

ABŞ prezidenti Barak Obamanın ev sahibliyi edəcək konfransın gündəliyində əsas məsələ Əfqanıstanda müharibə olacaq.

Alyans Əfqanıstanda təhlükəsizliyə görə məsuliyyətin tədricən əfqanlara ötürülməsini planlaşdırır. Proses 2014-cü ilə qədər 130 min əsgərdən ibarət koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılması ilə başa çatmalıdır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG