Accessibility links

Zelenski: NATO-Ukrayna Şurası çərşənbə günü görüşəcək


Prezident Volodimir Zelenski bazar günü gecə etdiyi video-müraciətində bildirib ki, Qara Dəniz təhlükəsizliyinin müzakirə ediləcəyi gözlənilən yeni NATO-Ukrayna Şurasının daha əvvəl elan edilmiş iclası çərşənbə gününə təyin edilib.

NATO-nun sözçüsü Oana Lunqesku şənbə günü bildirib ki, Zelenskinin NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı zaman keçirilməsini xahiş etdiyi görüşdə Rusiyanın Ukrayna limanlarından taxıl ixracına nəzarət edən bir illik müqavilədən çıxmasından sonrakı vəziyyət müzakirə ediləcək.

"Əslində tarix dünənki söhbətimizdən dərhal sonra razılaşdırıldı. Görüş bu çərşənbə günü keçiriləcək,” Zelenski deyib.

Onun sözlərinə görə, bu görüş Ukraynanın qarşıdakı həftəyə hazırlaşdığı və ölkənin müdafiəsini gücləndirəcək tədbirlərdən biridir. Onun sözlərinə görə, artilleriya və uzaqmənzilli silahlar da daxil olmaqla, hava hücumundan müdafiə üçün daha çox yeni yardım paketləri hazırlanır.

Lungesku bildirib ki, səfirlər səviyyəsində baş tutacaq görüşdə taxıl ixracı üçün dəhlizin fəaliyyətinə toxunulacaq. NATO-nun Vilnüsdə keçirilən ilk iclasında dövlət və ya hökumət başçıları iştirak edib.

XS
SM
MD
LG