Accessibility links

NATO Ukraynaya xüsusi status verib


Volodimir Zelenski və Yens Stoltenberq
Volodimir Zelenski və Yens Stoltenberq

NATO Ukraynayla daha yaxın partnyorluq qurub. Belə ki, rəsmi Kyiv “Avro-Atlantik təhlükəsizliyə öhdəliyini” sərgiləyəndən sonra NATO keçmiş Sovet ölkəsini “genişləndirilmiş imkanlar tərəfdaşı” kimi tanıyıb.

Bu status NATO-nun “Müttəfiqlər və NAT0-nun başçılıq etdiyi əməliyyatlar və missiyalara əhəmiyyətli töhvələr vermiş tərəfdaşlar arasında əməkdaşlığı qoruyub, genişləndirmək” təşəbbüsünün bir hissəsidir. Bu barədə alyans iyunun 12-də məlumat verib.

“Ukrayna Əfqanıstan və Kosovo, eləcə də NATO-nun Cavab Qüvvələri və NATO təlimləri daxil omaqla Müttəfiqlərin əməliyyatlarını qoşunla təmin ediblər,” ittifaq bildirib.

Bəyanatda deyilir ki, Ukrayna yeni statusu vasitəsilə “qarşılıqlı fəaliyyət proqramları və təlimlərinə daha geniş çıxışdan və məlumatların paylaşılmasından faydalana" biləcək.

Lakin ittifaq yeni statusun “NATO-ya üzvlüklə bağlı hər hansı qərarla əlaqədar olmadığını” təkid edib.

Avstraliya, Finlandiya, Gürcüstan, İordaniya və İsveç də “genişləndirilmiş imkanlar tərəfdaşı” statusuna sahibdirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG