Accessibility links

NATO qüvvələrin Əfqanıstandan çıxarılmasını müzakirə edir


NATO rəsmiləri 2014-cü ildə beynəlxalq hərbi qüvvələrin Əfqanıstandan çıxarılması ilə bağlı Brüsseldə görüş keçirəcəklər. Lakin ordunun çıxarılmasından sonra Əfqanıstanda qalaca əsgəri qüvvənin həcmi hələlik müəyyən edilməyib. Alyans ölkədə təhlükəsizliyə nəzarətini 2014-cü ildə Əfqan qüvvələrinə təhvil verməyi planlaşdırır.

Almaniya müdafiə naziri Tomas de Mezyer deyib ki, Birləşmiş Ştatların müdafiə naziri Leon Panetta ABŞ-ın Əfqanıstanda 8 mindən 12 minə qədər əsgəri qüvvə saxlaya biləcəyini bəyan edib.

Pentaqon sözçüsü Corc Litl aydın edib ki, NATO-nun 2014-cü il missiyasında təkcə ABŞ iştirak etməyəcək.

O, deyib ki, prezident Barak Obama ortadakı seçimləri nəzərdən keçirir, lakin ABŞ qüvvələrinin 2014-cü ildən sonrakı həcmi barədə qərar verməyib.
XS
SM
MD
LG