Accessibility links

NATO alyansın şərq cinahını gücləndirmək üçün əlavə ABŞ qüvvələrinin göndərilməsini alqışlayır


NATO-nun Baş katibi Yens Stoltenberq cümə axşamı ABŞ-ın Avropaya daha çox qoşun göndərmək planlarını alqışlayıb və bildirib ki, NATO Rusiya-Ukrayna sərhədindəki gərginlik fonunda alyansın cənub-şərq hissəsinə əlavə döyüş qrupları göndərməyi nəzərdən keçirir.

Stoltenberq jurnalistlərə bildirib ki, NATO Rusiyanın hərbi əməliyyatlara başlaya biləcəyi ehtimalına hazırlaşarkən NATO “nəticəyə hesablanmış dialoqa” və böhranın diplomatik həllini tapmağa hazırdır.

“NATO Rusiyanı gərginliyi azaltmağa çağırışa davam edir. Rusiyanın hər hansı növbəti təcavüzünün ağır nəticələri olacaq olacaq” – deyə, o bildirib.

ABŞ və digər Qərb müttəfiqləri Rusiya prezidenti Vladimir Putini Rusiyanın sərhəddə saxladığı 100 mindən çox əsgərini geri çəkməyə inandırmaq ümidi ilə Rusiyaya qarşı iqtisadi sanksiyalar hazırlayır. Rusiya Ukraynaya müdaxilə planlarını təkzib edib.

Stoltenberq cümə axşamı bildirib ki, Rusiyanın bu ay birgə hərbi təlimlərdə iştirak edəcəyi Ukraynanın şimal qonşusu Belarusa “Rusiya hərbi qüvvələrinin əhəmiyyətli hərəkəti” olub.

"Bu, Soyuq Müharibədən bəri Rusiyanın oradakı ən böyük qüvvə yerləşdirməsidir" – deyə, Stoltenberq vurğulayıb.

Rusiya NATO-dan Şərqi Avropa üzv ölkələrində yerləşdirilən qoşunları və silahları geri çəkməyi və Ukraynanın 30 üzvlü hərbi alyansa qoşula bilməyəcəyini açıq şəkildə bildirməyi tələb edib.

NATO və Ukrayna bu tələbləri rədd edərək, ölkələrin müttəfiqlərini seçməkdə azad olduqlarını bildirib.

Lakin Stoltenberq cümə axşamı deyib ki, NATO Rusiya ilə iki tərəf arasında münasibətlər, risklərin azaldılması, şəffaflığın artırılması və silahlara nəzarət barədə danışmağa hazırdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Ukrayna prezidenti Volodimir Zelenski ilə dünya liderləri və diplomatların Ukraynaya dəstəyini nümayiş etdirmək və böhranın sülh yolu ilə həllinə nail olmaq üçün Kyivə səfər edib.

Ərdoğan NATO üzvü olan və Rusiya ilə də yaxşı münasibətləri olan Türkiyənin vasitəçi kimi çıxış edə biləcəyini təklif edib.

Çərşənbə günü Putin və Böyük Britaniyanın baş naziri Boris Conson arasında aparılan danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Fransa prezidenti Emmanuel Makronun cümə axşamı Putinlə telefon danışığı olacağı gözlənilir.

Makron və ABŞ prezidenti Co Bayden çərşənbə günü telefon danışığında Rusiya-Ukrayna vəziyyətini müzakirə ediblər və Ağ Ev bildirib ki, iki lider diplomatik səyləri və “Rusiya Ukraynaya müdaxilə edərsə, ona sürətli və ciddi iqtisadi sanksiyalar tətbiq etməyə hazırlıqları” nəzərdən keçiriblər.

XS
SM
MD
LG