Accessibility links

NATO-nun Cənubi Qafqazda geosiyasi situasiyanın formalaşmasında rolu müzakirə edilir


NATO-nin Bakıda konfransı
NATO-nin Bakıda konfransı

Forumda Azərbaycan-NATO əlaqələri, Əfqanıstana NATO yüklərinin daşınması, təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsi diqqətdə olub

NATO-Azərbaycan siyasi dialoqu yüksək səviyyədədir. NATO və Azərbaycan əməkdaşlığının gələcək perspektivləri, Cənubi Qafqaz ölkələrinin NATO-ya inteqrasiyası, ümumi təhlükəsizlik maraqları, təhlükəsizlik və müdafiə sahəsində islahatlar, Əfqanıstandan NATO qüvvələrinin çıxarılmasında və yüklərin daşınmasında Azərbaycanın rolu, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən regional münaqişələrin həlli perspektivləri bu gün Bakıda “Cənubi Qafqazda və ətraf regionlarda geosiyasi situasiyanın formalaşmasında NATO-nun rolu” mövzusunda keçirilən beynəlxalq konfransın əsas müzakirə istiqamətləridir.

NATO-nin Bakıda konfransı
NATO-nin Bakıda konfransı
Azərbaycan Strateji Araşdırmalar Mərkəzi və Rumıniyanın Azərbaycandakı səfirliyinin (NATO-nun əlaqələndirici səfirliyi) təşkil etdiyi forumda səfirlər, NATO nümayəndələri, Rumıniya prezidentinin müşaviri, Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin, Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri, Milli Məclisin deputatları, Azərbaycanın və Gürcüstanın NATO yanındakı nümayəndəliklərinin rəhbərləri, ekspertlər iştirak edib.

Sülhməramlı kontingentin yüklərinin 30 faizi Azərbaycandan keçməklə daşınır.
“Azərbaycanla NATO əməkdaşlığı dinamik inkişafdadır və Azərbaycan xarici siyasət prioritetlərindən biridir”, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan NATO-nun Əfqanıstandakı sülhməramlı kontingentinin yüklərinin daşınmasında tranzit ölkə kimi mühüm rol oynayır.

“Sülhməramlı kontingentin yüklərinin 30 faizi Azərbaycandan keçməklə daşınır. NATO Əfqanıstandan sülhməramlı kontingenti tam çıxardıqdan sonra da Azərbaycan Əfqanıstanın dövlət strukturlarının möhkəmləndirilməsi və yenidən qurulması prosesində iştirakını davam etdirəcək”, o qeyd edib.

Yalnız, 2012-ci ilin yanvar-avqust aylarına Əfqanıstandan Azərbaycan ərazisi vasitəsi ilə 2 200 yaralı və xəstə çıxarılıb.
Şöbə müdirinin sözlərinə görə, Əfqanıstanda yaralananların Azərbaycan ərazisindən daşınması tibbi evakuasiya müddətini iki saat azaldıb.

“Yalnız, 2012-ci ilin yanvar-avqust aylarına Əfqanıstandan Azərbaycan ərazisi vasitəsi ilə 2 200 yaralı və xəstə çıxarılıb”, qeyd edib.

“Azərbaycan NATO-nun strateji tərəfdaşıdır və əməkdaşlıq gələcəkdə də davam etdiriləcək. Əməkdaşlıq hazırda Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda islahatları, təhlükəsizlik risklərini, o cümlədən terrorizm, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, kiber və enerji təhlükəsizliyi, fövqəladə hallarda birgə fəaliyyət və digər sahələri əhatə edir”, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Çiobanu bildirib.

O Azərbaycanın hərbi qüvvələrinin NATO standartlarına keçməsini vacibliyini də diqqətə çatdırıb.

Çıxışlarda Azərbaycanın da NATO əməliyyatlarına töhfə verdiyi qeyd edilib. Bu mənada Azərbaycanın Minalardan Təmizləmə üzrə Milli Agentliyinin (ANAMA) və Diplomatik Akademiyanın fəaliyyəti qeyd edilib. ANAMA bir sıra ölkələrdə minalardan təmizləmə əməliyyatları və təlimləri həyata keçirir, Diplomatik Akademiya isə Əfqanıstan məmurlarına kurslar təşkil etməkdə fəaldır.

Bu ilin mayında Bakıda NATO-nun təhlükəsizliklə bağlı böyük konfransı keçiriləcək.
“Bu ilin mayında Bakıda NATO-nun təhlükəsizliklə bağlı böyük konfransı keçiriləcək. Azərbaycan NATO yüklərinin daşınmasında mühüm tranzit ölkə rolunu gələcəkdə də davam etdirəcək”, Azərbaycanın NATO yanında daimi nümayəndəsi Xəzər İbrahim bildirib.

Gələn həftə NATO missiyası Azərbaycanın NATO ilə fərdi əməkdaşlıq planının (IPAP) yerinə yetirilmə vəziyyətini qiymətləndirmək üçün Azərbaycana gələcək. Qiymətləndirmədən sonra 2013-cü ilin sonunadək İPAP çərçivəsində növbəti iki il üçün əməkdaşlıq planı hazırlanacaq.

Strateji məqsədlər üçün Azərbaycanın nə istədiyi barədə fikirləri dinlənilməlidir.
Brüsseldən onlayn konfrans vasitəsi ilə foruma qatılan NATO-nun Əməkdaşlıq Direktorluğunun siyasi işlər və siyasi təhlükəsizlik departamentinin əməkdaşı Steffen Elgersma hesab edir ki, İPAP-ın növbəti mərhələsi ilə bağlı planın işlənməsi üçün gələcək əməkdaşlığın strategiyası, münasibətlərin çərçivəsi və məzmunu, hazırlanacaq planın necə işləyəcəyi ilə bağlı suallara cavab tapılmalıdır.

“Azərbaycanın 2007-ci ildə qəbul etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında NATO-ya inteqrasiya təsbit olunub. Ancaq o vaxtdan sonra vəziyyət çox dəyişib. Strateji məqsədlər üçün Azərbaycanın nə istədiyi barədə fikirləri dinlənilməlidir”, o qeyd edib.

NATO rəsmisi həmçinin Azərbaycanda müdafiə və təhlükəsizlik sektorunda islahatların sürətləndirilməsinin, Müdafiə Nazirliyinin işinin gücləndirilməsinin,
İslahat sözü bəzi tərəfdaşlarımızı təşvişə salır.
müdafiə sektoruna digər şəxslərin cəlb edilməsinin, sülhməramlı qüvvələrin NATO standartlarına uyğunlaşdırılmasının, NATO-nun tranzit yüklərinin daşınmasında Azərbaycanın gələcək rolunun və bunun kommersiya baxımından əhəmiyyətinin vacibliyindən danışıb.

“İslahat sözü bəzi tərəfdaşlarımızı təşvişə salır. Amma, islahatlar təhlükələrin qarşısının alınmasına çıxışı təmin edir. Bu təhlükələrin artmasına və təhlükəsizliyə nəzarət məsuliyyətini artırmalıdır” , Steffen Elgersma əlavə edib.

Bütün çıxışlarda Dağlıq Qarabağ münaqişəsinin həllinin regiona və qlobal sülhə töhfəsindən danışılıb.

Türkiyə yeni təşəbbüslərlə danışıqları canlandırmaq istəyir.
“Azərbaycan və Ermənistan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edir. Bu iki dövlətin dialoqu üçün əsas ola bilər”, Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin bildirib.

Onun sözlərinə görə, Türkiyə yeni təşəbbüslərlə danışıqları canlandırmaq istəyir.

“Dağlıq Qarabağ münaqişəsi yeni təhlükələr yol açır. Beynəlxalq ictimaiyyət hesab edir ki, “qan tökülmürsə yaxşıdır”. Amma bu münaqişələrin həlli demək deyil. Amerika, Rusiya, Türkiyə münaqişənin həllinə yeni töhfələr verməlidir”, Çətin əlavə edib

Beynəlxalq ictimaiyyət hesab edir ki, “qan tökülmürsə yaxşıdır".
Elnur Aslanov isə deyib ki, münaqişənin həllini tapmamasının səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir.

“Minsk qrupunun passiv mövqeyi, dünya birliyinin biganəliyi münaqişənin həlli üçün maneələr yaradır. Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionun inkişafına imkan vermir. Regionda xərçəng xəstəliyi rolunu oynayan bu münaqişə regional inkişafı da ləngidir”, o qeyd edib.
XS
SM
MD
LG