Accessibility links

Prezident NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycanın iştirakının təmini ilə bağlı sazişi imzalayıb


Əfqanıstanın xəritəsi
Əfqanıstanın xəritəsi

Prezident İlham Əliyev “NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında Azərbaycanın müdafiə naziri ilə NATO-nun Baş katibi arasında 2015-ci il yanvarın 12-də və aprelin 9-da imzalanmış məktublar mübadiləsi formasında Saziş”i təsdiq edib.

Saziş Milli Məclisin 2015-ci il oktyabrın 1-də keçirilən plenar iclasında qəbul qəbul edilib. Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan-NATO münasibətlərini yüksək qiymətləndirib.

“Saziş milli maraqlarımıza uyğundur”, o qeyd edib.

“Qətiyyətli Dəstək” proqramı 2015-ci ilin 1 yanvarında, yəni NATO-nun əsas qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra başlayıb. Ümumilikdə sözügedən proqramda 12,5 min NATO hərbçisi iştirak edir.

Yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti iştirak edir.

Azərbaycan həm də əfqan hərbi qüvvələrinə təlimlər, dəstək və yardımların göstərilməsində, ölkə ərazisinin minalardan təmizlənməsinin həyata keçirilməsinə kömək edir. Azərbaycan NATO üçün yüklərin daşınmasında da aparıcı rol oynayır.

XS
SM
MD
LG