Accessibility links

Azərbaycan 2014-cü ildə Əfqanıstandakı NATO hərbi qüvvələrinin geri daşınmasını müzakirə edib


Əfqanıstanın xəritəsi
Əfqanıstanın xəritəsi

Müzakirələrdə NATO dövlətləri ilə yanaşı hərbi yüklərin daşınacağı Gürcüstan və Türkiyənin rəsmiləri də iştirak edib

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və nəqliyyat nazirinin müavini Musa Pənahov NATO-nun Mənzil Qərargahında Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin 2014-cü ildə Əfqanıstanda çıxarılması ilə bağlı təqdimat keçirib.

Azərbaycanın NATO yanında Nümayəndəliyi bildirir ki, nazir müavinləri Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinin (ISAF) iştirakçı dövlətlərinə 2014-cü ildə ISAF əməliyyatının başa çatması ilə əlaqədar Əfqanıstandan geriyə çıxarılacaq hərbi heyət, sursat və avadanlıqların Azərbaycan, Gürcüstan və Türkiyənin üzərindən tranzit daşınma imkanlarına dair məlumat verib.

Türkiyə və Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə birgə edilmiş təqdimatda Azərbaycan, Gürcüstan və Türkiyənin quru, hava və dəniz tranzit yolları, mövcud və inşa edilən nəqliyyat şəbəkəsi (Bakı-Tbilisi-Qars dəmir yolu və s.) infrastruktur (beynəlxalq hava və dəniz limanları, o cümlədən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələt)) və imkanlara dair məlumat verilib.

Təqdimatda həmçinin müvafiq bölgələrin gələcək iqtisadi inkişafını nəzərdə tutan, siyasi, təhlükəsizlik və maliyyə nöqteyi-nəzərdən etibarlı və sərfəli tranzit xəttini təşkil edən müvafiq yolun təmin edilməsində hər üç ölkənin birgə öhdəlik götürdüyü qeyd olunub.

Xarici işlər nazirinin müavini A.Əzimov NATO-nun bır sıra yüksək vəzifəli şəxsləri ilə ikitərəfli görüşlər də keçirib. Görüşlərdə Azərbaycan-NATO tərafdaşlıq məsələləri, regional təhlükəsizlik və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
XS
SM
MD
LG