Accessibility links

Azərbaycan Silahlı Qüvvələrinin NATO qiymətləndirməsi üzrə təlimi başlayıb


Hərbi təlim
Hərbi təlim

Səhra təlimlərinə Silahlı 900 nəfərə yaxın şəxsi heyət, 100-dək hərbi texnika və 4 ədəd helikopter cəlb olunub

Mayın 5-də Bakı şəhərində Azərbaycanın NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi başlayıb.

Azərbaycan Modify Nazirliyinin mətbuat xidmətinin məlumatına gör Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təlimlərinə Silahlı Qüvvələrin 900 nəfərə yaxın şəxsi heyəti, 100-dək hərbi texnikası və 4 ədəd helikopteri cəlb olunub.

Təlimlərin qərargah və taktiki əməliyyat mərkəzində praktiki fəaliyyət göstərən motoatıcı taborun şəxsi heyətinin 5 sahə üzrə beynəlxalq və milli müşahidəçilər tərəfindən qiymətləndirilməsi həyata keçirilir.

Təlimlər mayın 8-dək davam edəcək.
XS
SM
MD
LG