Accessibility links

Navalnı komadan çıxarılıb


Almaniyanın Charité klinikasının bildirdiyinə görə, Aleksey Navalnını tibbi komadan çıxarılıb və mexaniki ventilyasiyadan ayrılıb. Onun vəziyyətinin yaxşılaşdığı bildirilib.

"Xəstə tibbi komadan çıxarılıb və tənəffüs aparatından ayrılıb. O, söz stimullarına cavab verir. Güclü zəhərlənmənin potensial və uzunmüddətli nəticələrini qiymətləndirmək hələ tezdir" - deyə, məlumarta bildirilib.

Müalicə edən həkimlərin Navalnının həyat yoldaşı Yuliya ilə sıx təmasda olduğu bildirilir. Xəstəxanadan bildirilib ki, vəziyyəti ilə bağlı təfərrüatlar xəstənin qərarı ilə açıqlana bilər.

Navalnı avqustun 22-dən bəri Almaniya xəstəxanasındadır. Ondan iki gün əvvəl yerli fəallarla görüşmək üçün Tomsk şəhərinə səfər edən Navalnı avqustun 20-də Moskvaya qayıdarkən təyyarədə özünü pis hiss edib. Siyasətçinin uçduğu təyyarə Omsk şəhərində enməli olub və müxalifətçi yerli xəstəxananın reanimasiyasına yerləşdirilib. Həkimlər əvvəlcə onun Berlinə aparılmasına razı olmasalar da, sonradan bunu etmək mümkün olub. Tərəfdaşlarının dediyinə görə, Navalnı böyük ehtimalla çaya qarışdırılmış toksinlə zəhərlənib.

Omsk şəhərinin 1 nömrəli təcili yardım xəstəxanasının baş həkimi Aleksandr Muraxovski Navalnının ağır vəziyyətinin əsas səbəbinin maddələr mübadiləsinin pozulması ilə əlaqədar olduğunu və müxalifətçinin orqanizmində zəhər tapılmadığını bildirib.

Sentyabrın 3-də Sklifosovski adına Tibbi Tədqiqat İnstitutunun Kəskin Zəhərlənmə və Somatopsiyatrik Xəstəliklər şöbəsinin müdiri Mixail Potsxveriya da Navalnıdən götürülən bioloji mayelər üzərində aparılan testlər və təhlillərdə "Noviçok" qrupundan olan zəhərli maddə izlərinin aşkar edilmədiyini deyib.

Sentyabrın 2-də Almaniya hökumətinin sözçüsü Şteffen Zaybert Navalnının testlərində "Noviçok" qrupundan olan kimyəvi maddənin izlərinin tapıldığını bildirib. Almaniya kansleri Angela Merkel isə Rusiyadan baş verənlərin izahını tələb edib.

Rusiya hakimiyyəti müxalif siyasətçinin zəhərlənməsində əli olduğunu qəti şəkildə rədd edir.

XS
SM
MD
LG