Accessibility links

Navalnı Barselonada gözündən əməliyyat olunub


Rusiyada korrupsiya əleyhinə mübariz, müxalifətçi Aleksey Navalnının sağ gözündən Barselonada əməliyyat olunub. Bu haqda Navalnı özünün İnstagram səhifəsində bildirib. Onun sözlərinə görə, həkimlər görmə qabiliyyətinin bir neçə ay ərzində bərpa olunacağını gözləyir.

​Navalnı aprelin sonunda Moskvada hücuma məruz qalmışdı. Naməlum şəxslərin onun üzünə yaşıl maddə atması nəticəsində sağ gözü güclü zədə alıb.

Navalnı ona qarşı hücumda Kremli günahlandırıb.

Hadisə baş verəndən bir neçə gün sonra ona xarici pasport verilib. Navalnı illərdir xarici pasport ala bilmirdi.

Aleksey Navalnının xanımı Yulia aprelin 27-də hücumdan sonra həyat yoldaşının gözlərini anti-septik göz dərmanı ilə müalicə edir
Aleksey Navalnının xanımı Yulia aprelin 27-də hücumdan sonra həyat yoldaşının gözlərini anti-septik göz dərmanı ilə müalicə edir

Pasport aldıqdan sonra Navalnı gözünü müalicə etdirmək məqsədilə xaricə getmək istədiyini bildirmişdi. Lakin cəzaların icrası üzrə federal xidmət orqanları "Kirovles" işi ilə əlaqədar onun Rusiyanı tərk edə bilməyəcəyini bildirib. Navalnının özü isə xaricə getməyə heç bir qadağanın olmadığını deyib.

Mayın 7-də Navalnının müalicə üçün Barselonaya getdiyi məlum olub.

XS
SM
MD
LG