Accessibility links

Navalnı 3 saylı cəzaçəkmə müəssisəsini məhkəməyə verib


Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı vəkillərinin onunla görüşlərə telefon və laptop gətirməsini qadağan etdiyi üçün 3 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə qarşı iddia qaldırıb. Bu barədə “Novaya Gazeta” vəkil Vadim Kobzevə istinadən yazır.

Onun sözlərinə görə, vəkillər, demək olar ki, hər gün Vladimirdəki 3 saylı cəzaçəkmə müəssisəndə Navalnını ziyarət ediblər və onların telefon və noutbuk gətirmələrinə icazə verilməsi tələbləri davaml olaraq rədd edilib. "Navalnı cəzaçəkmə müəssisəsinin texniki vasitələrin qanunsuz qadağan edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz olaraq tanınmasını istəyir" - deyə, vəkil qeyd edib.

Kobzev bildirib ki, Ali Məhkəmənin qərarı ilə vəkillərə azadlıqdan məhrumetmə yerlərinə bu cür rabitə vasitələr gətirməyə icazə verilir.

Vəkil əlavə edib ki, cəzaçəkmə müəssisəsinin hərəkətləri onun ixtisaslı hüquqi yardım hüququnu pozduğuna görə siyasətçinin adından 12 may tarixində Vladimirin Oktyabrskiy məhkəməsində iddia qaldırılıb.

Aprelin 28-də Navalnı qaçmağa meylli olması iddiası ilə qeydiyyata alındığı üçün Pokrovdakı 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülmədən əvvəl qaldığı “Matrosskaya Tişina” istintaq təcridxanasının rəhbərliyinə qarşı iddia qaldırmışdı.

Vladimir vilayətinin Petuşinski məhkəməsi bundan əvvəl Navalnının cəza çəkdiyi Pokrov şəhərindəki 2 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə qarşı üç iddiasını cavabsız qoyub. Siyasətçi qaçmağa meylli olması ilə bağlı qeydiyyata alınmağını, ona kitab və qəzet verməkdən imtina edilməsini, davamlı olaraq səkkiz saatlıq yuxusundan məhrum olunmasını qanunsuz elan etməsini tələb etmişdi.

XS
SM
MD
LG