Accessibility links

Navalnı aclıq aksiyasını dayandıracağını bildirir


Həbsdə olan Rusiyalı müxalifət lideri Aleksey Navalnı aclıq aksiyasına son verəcəyini bildirib. O, iki dəfə mülki həkimlərlə görüşdükdən sonra həbsxanada müalicə alması tələbi ilə başlatdığı aclıq aksiyasını dayandırmaq qərarını verib.

Martın 31-dən aclıq aksiyasına başlayan Navalnı Instagram səhifəsində səhhətinin pisləşdiyini və şəxsi həkimləri tərəfindən müayinə olunmasını tələb etməyə davam etdiyini bildirirb.

Onun həkimləri aprelin 22-də aclığına son qoymağa tələb edərək, bildiriblər ki, əgər "bir az da davam edərsə, sadəcə olaraq bizim müalicə etmək üçün bir pasiyentimiz olmayacaq".

"Mənim tamamilə güvəndiyim həkimlər dünən açıqlama verərək bildirdilər ki, aclığı dayandırmaq üçün siz və mən kifayət qədər nailiyyət əldə etdik" - deyə, Navalnı aprelin 22-də həkimləri tərəfindən Mediazona saytında dərc olunan açıqlamaya istinad edib.

"Açığını deyim ki, onların '`testlər qısa müddət ərzində burada müalicə ediləcək bir adamın qalmayacağını` kimi dediklərinə diqqət yetirməyə dəyər", Navalnı əlavə edib.

Navalnı həmçinin "qollarım və ayaqlarımın bir hissəsində hissiyatı itirmişəm və buna nəyin səbəb olduğunu, eləcə də necə müalicə olunacağını anlamaq istəyirəm" deyə bildirib.

O həmçinin deyib ki, "təlimata uyğun olaraq aclıq aksiyasına son qoymaq 24 gün çəkəcək və onlar bunun ağır olacağını bildirir. Ona görə də mənə uğurlar diləyin".

Navalnının bu qərarı Rusiyanın bir neçə şəhərində ona dəstək mitinqlərinlərindən iki gün sonraya təsadüf edir.

XS
SM
MD
LG