Accessibility links

Navalnı Avropa Birliyini Putini dəstəkləyən oliqarxları hədəf almağa çağırıb


Rusiya müxalifətinin lideri Aleksey Navalnı cümə günü Avropa Birliyini prezident Vladimir Putinin ətrafındakı oliqarxlara qarşı məqsədyönlü iqtisadi sanksiyalar tətbiq etməyə çağırıb.

"Polkovniklərə, generallara və ya az səyahət edən bəzi insanlara qarşı sanksiya tətbiq etməyin heç bir mənası yoxdur" - deyə, Navalnı Avropa qanunvericilərinə millət vəkillərinə video vasitəsi ilə müraciət edib.

Kremlin sifariş verdiyi iddia edilən zəhərlənmədən sonra Almaniyada müalicə alan Navalnı Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinə müraciət edərək yeni bir strategiya irəli sürüb.

Onun sözlərinə görə, adətən hədəfə alınan Rusiya məmurları və hərbçilərin "Avropada mülkləri və ya bank hesabları yoxdur".

Bunun əvəzində o, Brüsselin Avropa Birliyində yaxtaları və investisiyaları olan Putinin çevrəsindəki zəngin maqnatlarla maraqlanmalı olduğunu deyib.

Qərb hökumətləri Navalnının hökümətlə əlaqəsi olmayan qatilin əldə etməsinin çətin olduğu Noviçok maddəsi ilə zəhərləndiyi qənaətinə gəlib.

Navalnının Berlin xəstəxanasında müalicə aldıqdan sonra sağalma prosesi davam edir, lakin onun zəhərlənməsi Moskva ilə Avropa paytaxtları, xüsusilə də Berlin arasında gərginliyi artırıb.

Avropa İttifaqı Rusiyanın Federal Təhlükəsizlik Bürosunun (FSB) rəhbəri da daxil olmaqla, Navalnının zəhərlənməsinə görə məsuliyyət daşıdığından şübhələnilən altı şəxsin ittifaqa girişini qadan edib və onların bank hesablarını dondurub.

XS
SM
MD
LG