Accessibility links

Almaniya Avropa Birliyinin Navalnı işi ilə bağlı cavabını gözləyir


Almaniyanın xarici işlər naziri Heiko Maas çərşənbə günü verdiyi açıqlamasında deyib ki, Almaniya və onun Avropa Birliyindəki müttəfiqləri Kremlin tənqidçisi Aleksey Navalnının Rusiyada qadağan olunmuş Noviçok maddəsi ilə zəhərlənməsinə qarşı birgə cavab verəcək.

"Bu, sinir sistemini iflic edən kimyəvi maddədən istifadə vətəndaş hüquqlarının ciddi şəkildə pozulmasıdır və qətiliklə bunun cavabsız qalmayacağına inandıq" - deyə, o bildirib.

"Bu səbəbdən qarşıdan gələn bir neçə gün ərzində Avropa Birliyindəki tərəfdaşlarımızla - OPCW (Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı) ilə ortaq bir cavab koordinasiya edəcəyik" - deyə, Maas bildirib.

Maas deyib ki, zəhərlənmənin dərindən tədqiqi Rusiyanın maraqlarına uyğundur.

O, Bundestaqın Aşağı Palatasında çıxışı zamanı Rusiyadan bir açıqlama olmadadığı təqdirdə "məsul şəxslərə qarşı nisbətli sanksiyalar qaçılmazdır" deyib.

Navalnı avqustun 20-də Sibirin Tomsk şəhərində dövlətdəki korrupsiya ilə bağlı son istintaqını apararaq, Moskvaya qayıdarkən təyyarədə çox ağır xəstələnib və Omsk şəhərinin xəstəxanasına yerləşdirilib. Bir neçə gündən sonra isə müalicə üçün Berlinə aparılıb.

Almaniya xəstəxanasına köçürüldükdən sonra oradakı toksikoloji testlər zamanı onun Sovet dövründə inkişaf etdirilən Noviçok sinir maddəsi ilə zəhərləndiyini müəyyən edilib. Fransa və İsveç laboratoriyalarının sonrakı testlərinin nəticələri də eyni olub.

Aleksey Navalnı Almaniya jurnalına verdiyi müsahibəsində zəhərlənməsinin arxasında Rusiya prezidenti Vladimir Putinin dayandığını deyib.

Kreml zəhərlənmədə əli olduğunu inkar edir və ona qarşı irəli sürülən cinayət ittihamlarını rədd edir.

Şərhlərə bax

XS
SM
MD
LG