Rusiya müxalifətinin lideri Aleksey Navalnı Almaniya jurnalına verdiyi müsahibəsində zəhərlənməsinin arxasında Rusiya prezidenti Vladimir Putinin dayandığını deyib.
"Cinayətə dair başqa versiyam yoxdur" cümə axşamı Der Spiegel jurnalınaverdiyi müsahibəsi zamanı Navalnı deyib.
Kreml zəhərlənmədə əli olduğunu inkar edir və ona qarşı irəli sürülən cinayət ittihamlarını rədd edir.
Navalnı avqustun 20-də Sibirin Tomsk şəhərində dövlətdəki korrupsiya ilə bağlı son istintaqını apararaq, Moskvaya qayıdarkən təyyarədə çox ağır xəstələnib və Omsk şəhərinin xəstəxanasına yerləşdirilib. Bir neçə gündən sonra isə müalicə üçün Berlinə aparılıb.
Rusiya həkimləri zəhərlənməyə dair heç bir dəlil tapmadıqlarını desələr də, Navalnı Almaniyadakı bir xəstəxanaya köçürüldükdən sonra oradakı toksikoloji testlər zamanı onun Sovet dövründə inkişaf etdirilən Noviçok sinir maddəsi ilə zəhərləndiyini müəyyən edilib. Fransa və İsveç laboratoriyalarının sonrakı testlərinin nəticələri də eyni olub.
Eyni tipli sinir maddəsi 2018-ci ildə Britaniyada keçmiş bir casusa qarşı da istifadə edilmişdi.
Putini tez-tez tənqid edən Navalnı Der Spiegel-ə Rusiyaya qayıtmağı planlaşdırdığını deyib.
"İndi işim qorxmayan bir oğlan olmaqdır. Mən qorxmuram" - deyə, o bildirib.
Navalnı 32 gün xəstəxanada qalıb və Almaniya həkimləri onun tam sağalacağını deyib.