Accessibility links

Navalnı Rusiyadan zəhərlənərkən əynində olan paltarlarını tələb edir


Rusiyanıpn müxalifət lideri Aleksey Navalnı bazar ertəsi Rusiyada xəstələndiyi zaman geyindiyi paltarın qaytarılmasını tələb edərək, əşyalarının zəhərlənmə ilə bağlı istintaq üçün əhəmiyyətli bir dəlil olduğunu deyib.

Avqustun 20-də Moskvaya gedərkən xəstələnən Navalnının uçduğu təyyarə Omsk şəhərində enməli olub və müxalifətçi yerli xəstəxananın reanimasiyasına yerləşdirilib. Həkimlər əvvəlcə onun Berlinə aparılmasına razı olmasalar da, sonradan bunu etmək mümkün olub.

Navalnı bazar ertəsi bloqunda iki gün sonra müalicə üçün Almaniyaya göndərilməzdən əvvəl paltarlarının əlindən alındığını yazıb.

"Bədənimdə aşkar edilən Noviçokun əynimdəki paltara keçmə ehtimalının olduğunu düşünsək, paltarım çox vacib bir dəlildir" - deyə, o yazıb.

Almaniyanın hərbi laboratoriyası Navalnının da Rusiyanın 2018-ci ildə keçmiş casusa qarşı istifadə etdiyi Noviçokla zəhərləndiyini müəyyənləşdirib.

Rusiya laboratoriyalarında zəhərlənməyə dair heç bir dəlil tapılmadığını deyərək, hadisə ilə bağlı istintaqa başlamayıb. Kreml də bununla əlaqəsi olduğunu rədd edib.

Almaniyanın xarici işlər naziri Hayko Maas zəhərlənməni “ciddi cinayət” adlandıraraq, Rusiyaya qarşı iqtisadi sanksiyalarla təhdid edib. Britaniyanın baş naziri Boris Conson isə kimyəvi maddədən istifadəni “dözülməz” adlandırıb.

Tramp administrasiyası “Rusiyadakıları məsuliyyətə cəlb etmək üçün” müttəfiqləri ilə müzakirələr apardığını bildirib.

Almaniya həkimləri müalicə çərçivəsində Navalnını bir həftədən çox süni komaya salmışdı. Oyandıqdan sonra Navalnı vəziyyətinin yaxşılaşdığını, zehni və fiziki qabiliyyətinin bərpa edildiyini bildirib.

XS
SM
MD
LG