Accessibility links

Aleksey Navalnının iki müttəfiqi Tomsk parlamentində yer qazanıb


Hakim Vahid Rusiya Partiyasının üstünlük təşkil etdiyi ölkə daxilində keçirilən regional və yerli seçkilərin bazar ertəsi nəticələri açıqlandığı zaman belə görünür bu yaxınlarda zəhərlənən Kreml tənqidçisi Aleksey Navalnının iki müttəfiqi Sibirin Tomsk şəhərində yerli parlamentdəki yerləri qazana bilər.

Kseniya Fadeyeva və Andrey Fateyev Navalnınin keçən ay Almaniya həkimlərinin Noviçok qrupundan olan kimyəvi maddə ilə zəhərləndiyini dedilkəri Tomsk şəhərinin iki bölgəsində qələbə qazanıb.

Bu arada bölgədəki seçki rəsmilərinin bazar ertəsi açıqladığı məlumata görə, erkən nəticələr hakim Vahid Rusiya partiyasının səslərin 100-də 24-dən çoxunu qazanıb və üstünlük əldə edib.

Sibirin Novosibirsk şəhərində Navalnının yerli komandasının başçısı Sergey Bykonun da 11-13 sentyabr seçkilərində şəhər şurasında yer qazandığı bildirilib.

Prezident Vladimir Putini dəstəkləyən hakim partiyaya qarşı etiraz əlaməti olaraq seçkilər yaxından izlənilirdi. Səsvermə ölkədə hpkumətin koronavirusla mübarizə səyləri ilə bağlı narazılıqlar fonunda keçirilib.

Navalnı ölkədə Vahid Rusiya Partiyası əleyhinə "ağıllı" səsvermə strategiyası və Sibirin şəhər şuralarına onlarla namizəd rəli sürüb.

Exit-polların nəticəsinə və hakim partiya şurasının baş katibi Aleksey Turçakın dediyinə grə, hakim partiya qələbə əldə etməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG