Accessibility links

"Navalnının mehmanxana otağında zəhər izləri olan su şüşələri tapılıb"


Aleksey Navalnının həmkarlarıRusiyanın müxalif siyasətçisini zəhərləmək üçün istifadə olunan sinir sistemini iflic edən maddənin izlərinin Rusiyanın Tomsk şəhərində qaldığı mehmanxana otağında aşkar edilən su şüşəsində aşkar edildiyini bildirib.

44 yaşlı Navalny avqustun sonlarında Tomskdan Moskvaya gedərkən təyyarədə özünü pis hiss edib və təyyarə Omsk şəhərində təcili eniş etməyə məcbur olub. Orada o, təcili olaraq xəstəxanaya çatdırılıb.

Daha sonra Navalnı Almaniyanın Berlin şəhərindəki Charite klinikasına aparılıb və orada edilən toksikoloji testlər zamanı Kremlin tənqidçisinin Sovet dövründən qalma Noviçok qrupundan olan kimyəvi maddə ilə zəhərləndiyinə dair dəlillər aşkar edilib.

Navalnının sentyabrın 17-dəki İnstaqramı bloqunda müxalifət liderinin xəstəliyi barədə xəbər çıxarkən tərəfdaşlarının hələ Tomskdakı Hander mehmanxanasında olduqları bildirilib.

Onlar dərhal Navalnının təmizlənməmiş otağına qaçıb və orada "Müqəddəs Bahar" kimi tərcümə olunan açıq mineral su şüşəsi də olmaqla, gördükləri şübhəli əşyaları götürüblər.

Navalnının tərəfdaşlarından biri sentyabrın 17-də Proyekt veb səhifəsində şüşənin Berlinə Navalnı komandasının üzvlərindən biri, Britaniyada yaşayan Mariya Pevçix tərəfindən aparıldığını yazıb.

Baş qərargahı Haaqada yerləşən Kimyəvi Silahların Qadağası Təşkilatı (OPCW) sentyabrın 17-də Navalnının kimyəvi maddə ilə zəhərlənməsinin araşdırılmasında Almaniyaya texniki yardım etdiyini bildirib.

Almaniya Rusiyadan hadisə ilə bağlı izahat verməsini istəyib. Lakin Rusiya zəhərlənmə ilə hər hansı əlaqəsinin olduğunu qətiyyətlə rədd və Almaniyadan Navalnının zəhərləndiyinə dair sübutları bölüşməsini tələb edib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG