Accessibility links

Avropa İttifaqının Navalnının həbsinə münasibəti


Avropa İttifaqının Navalnının həbsinə münasibəti
please wait

No media source currently available

0:00 0:03:59 0:00

Qərb liderləri Almaniyada müalicə aldıqdan sonra Moskvaya gayıtdıqda həbs olunan Rusiya müxalifət lideri Aleksey Navalnının sərbəst buraxılmasını tələb edib.

Rusiyaya qayıtmasından 24 saat keçməmiş müxalifət lideri Aleksey Navalnı bazar ertəsi Moskvanın polis bölməsində qeyri-adi məhkəmə iclasında 30 gün müddətinə həbs cəzasına məhkum edilib. Prokurorlar Navalnıya qarşı mənimsəmə ilə əlaqədar olaraq mövcud üç il yarım şərti cəzanın tam həbs cəzasına çevrilməsini istəyib. Navalnı ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu deyib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb. ”Susma, müqavimət göstər, küçələrə çıx. Bizi özümüzdən başqa heç kim müdafiə edə bilməz. Və biz o qədər çoxuq ki, nəyəsə naol olmaq istəyiriksə, buna nail olacağıq.”

Keçən il Sibirdə sinir maddəsi ilə zəhərləndikdən sonra Almaniyada müalicə alan Navalnı Moskvaya qayıtdıqdan sonra həbs edilib.

Kreml bu hadisədə əli olduğunu inkar edib. Berlin Navalnının sərbəst buraxılmasını tələb edir. Almaniya hökumətinin sözçüsü Strfen Seybert: “Rusiya hökumətii sui-qəsd cəhdində əli olan cinayətkarı deyil, kimyəvi silahla sui-qəsd cəhdinin qurbanını həbs edib. Almaniya hökuməti Rusiya hökumətini ilk növbədə cənab Navalnını dərhal azad etməyə, ikincisi isə Rusiya ərazisində kimyəvi silah hücumunu tam araşdırmağa çağırır.”

Digər Avropa ölkələri liderləri də Almaniyanın bu tələbini dəstəkləyib. BMT-nin İnsan Haqları bürosu isə Navalnının həbsi ilə bağlı dərin narahatlıq hissi keçirdiyini bildirib. ABŞ dövlət katibi Mayk Pompeo və yeni seçilmiş prezident Co Baydenin yeni milli təhlükəsizlik müşaviri Navalnının sərbəst buraxılmasına çağırıb.

Təhlilçi Ben Nobl ‘Gələcəyin Rusiyası’ partiyasının 44 yaşlı liderinin prezident Vladimir Putinə meydan oxuduğunu deyir. “2021-ci ildə Dövlət Dumasına seçkilərin yaxınlaşdığı bir zaman Navalnı təkcə Kremlə qarşı çıxmır, onun korrupsiya əleyhinə fondunun Rusiyanın dövlət məmurları və iqtisadiyyat bölməsindəki elitası arasında korrupsiya ilə bağlı sübutları əks etdirən YouTube videoları nümayış etdirməsi Kreml üçün utandırıcıdır. Navalnının qurban olması və ya qurban statusunun möhkəmlənməsi şübhəsiz ki, Kreml üçün təhlükədir.”

Qərb dövlətləri Rusiyaya qarşı hələ ki, heç bir cəza tədbirləri həyata keçirməyib. Keçən ay Avropa İttifaqı insan haqlarını pozmaqda günahlandırılan şəxslərə qarşı sanksiyalar tətbiq edilməsinə imkan verən ‘Maqnitski Qanunu’nun qəbul edilməsində müttəfiqlərinə qoşulub. Bu qanunvericiliyin irəli sürülməsində böyük rol oynayan maliyyəçi Bill Brouder qanunların tətbiq olunma vaxtının gəldiyini deyir. “Avropa İttifaqı, ABŞ, Kanada, Böyük Britaniya və sair, bütün bu ölkələri daxil etsəniz, bu, 31 ölkədir və bunun Rusiyaya, sanksiya tətbiq olunan insanlara əhəmiyyətli dərəcədə təsiri olacaq. Mən Navalnı və komandasının təyyarəyə minməzdən əvvəl sanksiyalar tətbiq olunacaq şıxslərin siyahısını hazırladıqlarını düşünürəm” - deyə, Human Rights Campaigner-dən Bill Brouder bildirir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi Navalnının həbsi ilə bağlı tənqidləri rədd edib. "Qərb siyasətçiləri bunu dərin böhranda olan liberal inkişaf modelindən diqqətin yayınması üçün bir fürsət kimi qiymətləndirir."

Təhlilçilər Rusiyanın bu kimi addımlarının ABŞ-da yeni prezident seçilmiş Bayden administrasiyasının hakimiyyətə gəlməyə hazırlaşdığı vaxt Qərblə münasibətləri daha da gərginləşdirəcəyini deyir.

XS
SM
MD
LG