Accessibility links

Aleksey Navalnı həbsdən azad edildi


Cümə günü həbsdən azad edilən Kremlin tənqidçisi Aleksey Navalnın ilk açıqlamasında müxalifətin Rusiya prezidenti Vladimir Putinə və onun hakimiyyətinə etirazlarını artıracağını deyib.

Hakimiyyətdə 'dəhşətli' korrupsiyanın olduğunu deyərək xalqın dəstəyini qazanmağa çalışan və azad seçkilərə etiraz çağırışına görə 30 gün müddətinə həbs cəzasına məhkum edilən Navalnı bu açıqlamanı həbsxanadan çıxdıqdan bir neçə dəqiqə sonra verib.

İndi görürük ki, yalan və saxtakarlıq onlara kifayət etmir. Namizədlərin seçkilərdə iştirak etmələrinə qadağa qoymaları onlara kifayət etmir.

“İndi görürük ki, yalan və saxtakarlıq onlara kifayət etmir. Namizədlərin seçkilərdə iştirak etmələrinə qadağa qoymaları onlara kifayət etmir. Onlar qəsdən onlarla insanı həbs etmək və yüzlərlə insanı döymək istəyirlər. Bu isə o deməkdir ki, bu rejimə heç bir dəstək yoxdur. Onlar bunu hiss edir və qorxurlar,” Navalnı jurnalistlərə bildirib.

"Mən əminəm ki, hazırda baş verən hədə-qorxulara, təsadüfi insanların həbslərinə baxmayaraq, etiraz dalğası artacaq və bu rejim etdiklərindən ciddi peşman olacaq," müxalifət lideri əlavə edib.

43 yaşlı vəkil və fəal müxalifətdən olan namizədlərin gələn ay keçiriləcək yerli seçkilərdə iştirakına icazə verilməməsinə etiraz olaraq Moskvanın mərkəzində nümayiş keçirməyə çağırışından sonra həbs edilib.

Moskvada etiraz aksiyası. 10 avqust, 2019.
Moskvada etiraz aksiyası. 10 avqust, 2019.

Ötən həftələrdə Moskva şəhər şurasına keçiriləcək seçkilərdə müxalif namizədlərin qeydə alınmamasına etiraz olaraq minlərlə adam küçələrə çıxıb. Son illərin ən izdihamlı etiraz aksiyaları əsnasında yüzlərlə adam saxılanılıb və polis zorakılığına məruz qalıb.

ABŞ və Avropa Birliyi Moskvada etiraz aksiyalarının güclə dağıdılmasını pisləyib və saxlananların azad ounmasını tələb edib.

“Rusiya hakimiyyəti, vətəndaşların azad və ədalətli seçki yolu ilə ifadə bildirmək və konstitusiyada nəzərdə tutulduğu kimi dinc toplantılar keçirmək azadlığını məhdudlaşdırmaqda davam edir. Hakimiyyətin avqustun 3-də etdiyi hərəkət vətəndaşların demokratik proseslərdə hərtərəfli iştirak etmə azadlığını pozur,” Moskvadakı ABŞ səfirliyinin yaydığı bəyanatda deyilir

XS
SM
MD
LG