Accessibility links

Navalnı ictimai komissiyadan ağrıkəsici almaq üçün kömək istəyib


Kremlin həbsdə olan tənqidçisi Aleksey Navalnı ictimai komissiyaya ayağında şiddətli ağrılara görə ona ağrıkəsici iynə vurulmasına yardım göstərməsi üçün müraciət edib. Bu barədə komissiyanın rəhbəri şənbə günü yayımladığı açıqlamada bildirib.

Navalnı siyasi motivli hesab etdiyi ittihamla iki il yarım müddətinə həbsxanaya göndərilib. O, yanvar ayında həkimlərin dediyi kimi, sinir maddəsi ilə zəhərlənməyə görə müalicə aldığı Almaniyadan Rusiyaya qayıdarkən həbs edilib.

44 yaşlı müxalif siyasətçi mülki həkim tərəfindən müalicə olunmaq haqda müraciətinin rədd edildiyini və təhlükəsizlik işçiləri tərəfindən gecə boyu hər saat oyandırılmaqla sağlamlığına qəsdən zərər verildiyini bildirib.

Rusiya həbsxanalarına giriş imkanına malik yarı rəsmi qurum olan yerli İctimai Monitorinq Komissiyasının üzvləri cümə günü Navalnını Moskvanın 100 kilometrliyində yerləşən koloniyada ziyarət ediblər.

“(Navalnı ilə) söhbət əsnasında onun ayağının ağrıdığını öyrəndik və o, ağrı sindromunu azaltmaq üçün `Diklofenak` inyeksiyası edilməsində kömək istədi. Eyni zamanda o, müstəqil yeriyə bilir”, Komissiyanın sədri Vyaçeslav Kulikov bildirib.

Federal Penitensiar Xidmətin regional şöbəsinin nümayəndəsi bu məsələ ilə bağlı şərh verməyib.

Britaniyanın Milli Səhiyyə Xidmətinin saytında göstərilən məlumata əsasən, Diklofenak iltihabı və ağrıları azaldan, həmçinin oynaq, əzələ və sümüklərdə problemləri müalicə etmək üçün istifadə edilən bir preparatdır.

Navalnı hazırda yeganə müalicəsinin gündə iki ibuprofen həbi qəbul etməkdən ibarət olduğunu və diaqnozunun aydın olmadığını deyib.

Komissiya Navalnının istədiyi ağrıkəsicini qəbul edib-etmədiyini açıqlamayıb.

“Biz ... Aleksey Navalnının bu dərman üçün müraciətinin rəsmi olaraq qeyd edildiyindən əmin olduq” – deyə Kulikov bildirib.

Navalnını ictimai müşahidəçilərdən bir gün əvvəl ziyarət edən vəkili Vadim Kobzev müvəkkilinin ağrıkəsici vurmaq haqda müraciətindən xəbərdar olmadığını bildirib.

XS
SM
MD
LG