Accessibility links

Aleksey Navalnı Rusiyaya qayıdır


Avqust ayında Sibirdə zəhərlənəndən sonra dörd aya yaxın Almaniyada müalicə alan Rusiyanın müxalifət lideri Aleksey Navalnı çərşənbə günü bildirib ki, Moskvaya yanvarın 17-də dönəcək.

Vətənə qayıtmaq qərarı müxalifət liderinin azadlığı və təhlükəsizliyini risk qarşısında qoya bilər.

Navalnı avqust hücumunun Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən prezident Vladimir Putinin göstərişi ilə həyata keçirildiyindəi israr edir. Kreml bu ittihamı dəfələrlə və qətiyyətlə rədd edib.

Vətənə dönüş qərarı məhkəmənin həbxana səlahiyyətlilərindən Navalnının qayıtmasından dərhal sonra həbsini tələb edib. Buna səbəb kimi Navalnının 2014-cü ildə cəzasının dayandırılaraq müvəqqəti azadlıq şərtlərini pozması göstərilib.

Təsdiq edilərsə qayıdandan o, dərhal sonra həbs oluna və 3,5 il həbs cəzası ala bilər.

Bundan əlavə, Rusiyanın nüfuzlu İstintaq Komitəsi bu həftə Navalnı barədə iki əlavə cinayət işi açdığını bildirib.

Planlarını elan edərkən Navalnı həbs ediləcəyi ilə bağlı hədələrin onu sürgünə məcbur etmək cəhdi olduğunu deyib.

"Məsələ qayıtmaq, ya da qayıtmamaq deyildi '' - deyə, veb səhifəsində yazan Navalnı Almaniyaya hava yolu ilə yalnız bir səbəbə görə göndərildiyini iddia edib.

"Məni öldürməyə çalışdılar" , Navalnı bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG