Accessibility links

Avropa Birliyi və Britaniya Rusiya rəsmilərinə sanksiyalar tətbiq etdi


Avropa Birliyi və Britaniya Kremlin tənqidçisi Aleksey Navalnının avqust ayında zəhərlənməsinə gözlənilmədən sərt bir cavab olaraq, prezident Vladimir Putinə yaxın yüksək səviyyəli Rusiya rəsmilərinə sanksiya tətbiq edib.

Sibirdən uçarkən xəstələndikdən sonra Navalnının müalicə olunduğu Almaniyavə Fransanın təzyiqi ilə Avropa Birliyi və Britaniya altı rusiyalı və dövlət elmi araşdırmalar mərkəzini hədəf alıb.

Kreml bu sanksiyaları Moskvaya qarşı qərəzli bir addım kimi qiymətləndirərək, qınayıb və lazımi cavab verəcəyini vəd edib.

2018-ci ildə sabiq Rusiya casusun zəhərlənməsindən sonra Avropa Birliyinin hərbi kəşfiyyat agentlərinə sanksiyalar tətbiq etməsinin bir il vaxt aparmasından fərqli olaraq blok rəsmiləri zəhərləmədə əli olanları hədəf alıb.

Diplomatların dediyinə görə, Britaniyanın Avropa Birliyindən çıxmasına baxmayaraq, London hələ də qurumla bərabər sanksiyaların koordinasiyalaşdırılmasında iştirak edir.

Hədəf alınanlar: Prezident siyasət söbəsinin müdiri Andrey Yarin, Putin adminstrasiyası baş katibinin birinci müavini Sergey Kiriyenko, Putinin Sibirdəki elçisi Sergey Menyaylo, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Alexandr Bortnikov və Rusiya müdafiə nazirinin iki müavini.

Dövlət Kimya və Texnologiya Elmi Tədqiqat İnstitutu da sanksiyalara məruz qalıb.

"Sinir sistemini iflic edən Noviçok maddəsindən istifadə institutun kimyəvi silahların məhv edilməsi ilə bağlı öhdəliyi yerinə yetirməməsi səbəbindən mümkün olub" - deyə, rəsmi məlumatda bildirilib.

Moskva Navalnının öldürülməsi üçün Sovetin sinir sistemini iflic edən Noviçok maddəsi ilə zəhərləndiyinə dair ittihamları rədd edib və sanksiyalar üçün heç bir əsas olmadığını deyib.

Kremlin sözçüsü Dmitri Peskov qərarın heç bir məntiqinin olmadığını və sanksiyaların münasibətlərə zərər verdiyini bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG