Accessibility links

Navalnı Putini sammitdən sonra verdiyi şərhlərə görə "yalançı" adlandırıb


Həbsdə olan rusiyalı müxalifət lideri Aleksey Navalnı 16 iyun tarixində ABŞ Prezidenti Co Bayden ilə keçirilən sammitin ardınca Rusiya Prezidenti Vladimir Putinin ona qarşı səsləndirdiyi ittihamlara cavab olaraq, Rusiya liderini "yalan danışmağı dayandıra bilməyən yalançı" adlandırıb.

Cenevrədəki sammitdən sonra Putin jurnalistlərə bildirib ki, Navalnı 2020-ci ilin avqustunda Sibirdə sinir maddəsi ilə zəhərləndikdən sonra koma vəziyyətində Almaniyaya təyyarə ilə göndəriləndiyi zaman qəsdən şərti azadlığa çıxma qaydalarını pozduğunu bildirib.

Navalnı 17 iyun tarixində Instagram-da yazıb ki, Putinin “uzun müddət hakimiyyətdə qalmağın və hədsiz pula sahib olmağın səbəb olduğu psixiatrik bir patologiyası” var.

Putin "davamlı yalan danışır. Həqiqətən də hər zaman. Sadəcə olaraq heç bir həqiqəti demir. Hətta yalanlarının dərhal ifşa olunacağını bildiyində belə. Hətta axırıncı dediyi yalanların əvvəlki yalanları ilə ziddiyyət təşkil etdiyində belə" deyən Navalnı rusiyalıları sentyabr ayında parlament seçkilərində iştirak edərək komandasının yaratdığı "ağıllı səsvermə" sistemi vasitəsilə hakim Vahid Rusiya partiyasının namizədlərini məğlub etməyə çağırıb.

Navalnının yaxın tərəfdaşı Leonid Volkov 17 iyunda CNN-ə bildirib ki, Putinin əvvəlki gün Navalnı ilə bağlı suala verdiyi cavab yalnız zehni pozğunluğu olan birindən gələ bilər.

Hazırda ABŞ-da olan Volkov 16 iyunda NPR radiosuna bildirib ki, dünya Navalnını işini izlədiyi müddətdə, Putinin müxalifət liderinin ölməsinə imkan verməsi çox risklidir. Bu səbəbdən də ABŞ Kremlə daha çox sanksiyalarla təzyiq göstərməlidir.

Putinin Navalının Federal Penitensiar Xidmətə (FPX) hesabat verməmək üçün qəsdən Rusiyanı tərk etməsi ilə bağlı dedikləri müxalifətin qəzəbinə səbəb olub.

"Necə? O qəsdən yoxlamadan yayınmaq üçün xaricdə müalicə almağa uçub? " Navalnının sözçüsü Kira Yarmış Twitter-də yazıb. O eləcə də yazdığı posta Navalnının koma vəziyyətində aparıldığını göstərən foto da əlavə edib.

Navalnının digər həmkarı Maria Pevçik də Navalnının koma vəziyyətində uzandığı tibbi kapsuldakı fotosunu yayımlayıb.

Navalnının həyat yoldaşı Yulia Navalnaya da onun avqust ayında Almaniyaya aparılması ilə bağlı fotoşəkli Instagram-da paylaşıb. O bildirib ki, ərinin Rusiya qanunlarını "şüurlu şəkildə" necə pozduğunun xatirəsi olaraq bu fotonu saxlayır.

XS
SM
MD
LG