Accessibility links

Navalnının dönüşü


Navalnının dönüşü
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Navalnının dönüşü

Rusiyanın müxalifət lideri Aleksey Navalnının həbsi beynəlxalq narazılığa səbəb olub və onun sərbəst buraxılması üçün çağırışlar artmaqda davam edir.

Moskvanın Vnukovo hava limanında cox sayda çevik qüvvə polisi sərnişinlərə aeroportda qeyri-adi bir gecənin olduğunu bildirdi. Aleksey Navalnının tərəfdarları müxalif liderini qarşılamağa gəlmişdi.

Navalnı zəhərləndikdən, müalicə üçün Almaniyaya göndərilməsindən və Kremlin onun orada qalmasına dair işarələrindən beş ay sonra vətənə qayıtdı. “O, nə ölümdən, nə də həbsdən qorxur. Rusiyada insanlar onunla fəxr edir və o şəxsən mənə ilham verir” - deyə, Anna adlı Moskva sakini bildirir.

Navalnı zəhərlənməsində prezident Vladimir Putini və inun təhlükəsizlik xidmətini günahlandırır. Rusiya lideri bu ittihamı qətiyyətlə rədd edir. Kreml isə Navalnının siyasi baxımdan diqqət çəkəcək qədər əhəmiyyətsiz olduğunu iddia edir.

Lakin Navalnının olduğu təyyarənin başqa bir aeroporta endirilməsindən və onun sərhəddə saxlanmasından sonra Kremlin bu mövqeyi sarsılıb. Onun həbsi beynəlxalq narazılığa və Navalnının sərbəst buraxılmasına dair tələblərin artmasına səbəb olub. ABŞ senatoru Rocer Viker: "Cənab Putinin, hökumətinin və hakimlərinin son 24 saatda etdikləri cənab Navalnının beynəlxalq səviyyədə daha çox məşhur olmasına səbəb oldu."

Kreml rəsmiləri Qərbin Rusiyanın daxili işinə qarışdığını israr edir. Lakin polis bölməsində keçirilən qeyri-adi məhkəmə iclası hökumətin Navalnını ictimaiyyətin gözündən kənarda salmaq istədiyinə işarə edir. Sosial mediaya göndərdiyi mesajda Navalnı bu hərəkəti “qanunsuzluğun zirvəsi” adlandırıb.

Navalnı 30 gün Moskva həbsxanasında keçirəcək və hökumət ona qarşı yeni cinayət ittihamları hazırladığı üçün o, əlavə bir neçə il həbs cəzası ehtimalı ilə üzləşir. Karnegi Mərkəzindən Andrey Kolesnikov: “Onlar zalım olmağa hazırdırlar. Onlar qəddardırlar. Onlar onu zəhərləmək istədilər və sağalandan sonra onu həbsdə saxlanması üçün də heç bir problem yoxdur.”

Yalnız Navalnının öz sürprizi var idi: Rusiya prezidenti üçün tikilmiş gizli bir iqamətgahın nümayiş edildiyi iddia edilən yeni bir onlayn istintaqı. Video qısa müddətdə milyonlarla baxış toplayıb.

Navalnı tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Hökumətin koronavirus səbəbylə toplantılara qadağa qoymasına baxmayaraq, bu həftənin sonu ümumxalq mitinqinin keçirilməsi gözlənir. Güclü qarşıdurmanın növbəti fəsli.

Bir çoxunun gözündə Putin hakimiyyətin cilovunu əlində saxlayır, lakin Navalnı mənəvi olaraq zirvədədir.

XS
SM
MD
LG