Accessibility links

Navalnı rusları həftəsonu etirazları ərəfəsində qorxmamağa çağırır


Həbsdə olan Rusiya müxalifət lideri Aleksey Navalnı tərəfdarlarını ümummilli nümayişlərin ikinci həftəsonu dəstələrlə küçələrə çıxmağa çağırıb. Baxmayaraq ki, hakimiyyət Kremlin tənqidçisinin tərəfdarlarına qarşı sərt tədbirlər görəcəyi və etirazçılara küçələrə çıxmaması barədə xəbərdarlıq edib.

28 yanvar tarixində məhkəmə tərəfindən apellyasiya şikayəti rədd edildikdən sonra veb saytında yayımladığı məktubda Navalnı rusları qorxunu bir kənara qoymağa və təzə etiraz nümayişləri keçirməyə çağırıb.

"Küçələrə çıxın, heç nədən qorxmayın. Heç kim zülm və korrupsiyanın hökm sürdüyü bir ölkədə yaşamaq istəmir. Çoxluq bizim tərəfimizdədir" deyə Navalnı bildirib.

Keçən həftə sonu polis tərəfindən zorakı təzyiqlərə baxmayaraq onlarla şəhərdə yüz minlərlə insanın nümayişlər keçirməsindən sonra Navalnı və yoldaşları 31 yanvarda ümumxalq etirazlarını planlaşdırır. Polis nümayişlərdə təxminən 4000 insanı saxlayıb.

Digər tərəfdən 28 yanvar tarixində həmçinin Rusiyanın ikinci ən böyük şəhəri Sankt-Peterburq məhkəməsi Navalnının komandasının şəhərdəki lideri həbsdə olan İrina Fatyanovanın həbsinə 10 günlük həbs cəzası əlavə edib.

Navalnının Sankt-Peterburqdakı komandası Twitter-də Fatyanovanın icazəsiz mitinq təşkil etməklə ittiham olunduğunu bildirib. O keçən həftə sonundan bəri eyni ittihamla yeddi gündür həbsdə saxlanılırdı.

Bu həftəsonu planlaşdırılan etiraz aksiyaları ərəfəsində Navalnının müttəfiqləri və tərəfdarlarının bir neçəsi basqılara məruz qalıb və nəzarətə alınıb. Polis isə icazəsiz ictimai tədbirlərə qarşı sərt tədbirlər görməsi barədə xəbərdarlıq edib.

Bu arada Navalnının Prezident Vladimir Putinin Qara dənizdəki 1.36 milyard dollarlıq zəngin bir saraya sahib olduğunu iddia edən iki saatlıq bir filmə artıq 100 milyondan çox baxılıb. Bu da xalqın qəzəbini daha da artırır.

Navalnının komandası filmi keçən həftə yayımlamışdı. Putin bu qalmaqallı videodan sonra sarayın ona məxsus olmadığını deyib.

XS
SM
MD
LG