Accessibility links

Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb


Rusiyanın həbsdə olan müxalifət lideri Aleksey Navalnı korrupsiyanı ifşa və Rusiyada azadlıqların məhdudiyyətinə qarşı mübarizə səylərinə görə Avropa Parlamentinin Saxarov Mükafatına layiq görülüb.

Avropa Xalq Partiyası Qrupunun (EPP) bildirdiyinə görə, Avropa qanunvericilərinin oktyabrın 20-də təqdim etdiyi sıyahıda mükafata layıq görülənlər arasında bir qrup əfqan qadın və Boliviyanın həbsdə olan müxalifət siyasətçisi ilə yanaşı Navalnının da adı var.

Rusiya prezidenti Vladimir Putinin kəskin tənqidçilərindən biri olan Navalnı Almaniyada zəhərlənmədən müalicə olunduqdan və yanvar ayında Rusiyaya qayıtdıqdan sonra həbs edilib. Navalnı Kremlin göstərişi ilə zəhərləndirildiyini desə də, Moskva bu ittihamı rədd edir.

Avropa İttifaqı Navalnının zəhərlənməsi və həbs edilməsi səbəbindən Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

Hazırda Navalnı şərti cəzanı pozduğuna görə ona verilən 2 il yarımlıq həbs cəzasını çəkməkdədir. Navalnı bu cəzanın siyasi motivli olduğunu iddia edir.

Ötən il bu mükafat Belarusun prezident seçkilərinin Aleksandr Lukaşenkonun xeyrinə satalaşdırıldığını bildirən demokratik müxalifətinə təsdim edilmişdi.

Sovet dissidenti Andrey Saxarovun adını daşıyan 50000 avroluq (59 000 dollar) mükafatının digər qalibləri arasında Cənubi Afrika Respublikasının prezidenti Nelson Mandela, Venesuela müxalifəti və pakistanlı fəal Malala Yusufzay da var.

XS
SM
MD
LG