Accessibility links

Navalnı tərəfdarları pensiya islahatına qarşı etiraz aksiyaları keçirir


Sank Peterburqda pensyia yaşının artırılmasına etiraz nümayişinin iştirakçıları, 9 avqust, 2018.

Rusiya müxalifət lideri Aleksey Navalnının tərəfdarları seçicilərin yerli seçkilərdə səs verdiyi gün ölkənin hər yerində pensyia yaşının artırılmasına etiraz olaraq nümayiş keçirir.

Navalnının özünün bazar günü Moskvada etiraz aksiyasına qatılacağı gözlənilirdi. Lakin o, keçən ay etiraz nümayişləri qanununu pozmaqda müqəssir tanınaraq, 30 günlük həsb cəzası alıb. Navalnı bildirir ki, onun həbsi ölkə boyu pensiya yaşının artırılmasına etiraz olaraq mitinqlərin keçirilməsi planlarına mane olmaq məqsədi daşıyır.

Lakin müxalif liderin tərəfdarları etiraz aksiyası keçirmək planlarını qüvvədə saxlayıb. Aksiyaların keçirilməsinə hökumət tərəfindən icazə verilməyib. Bu, etirazçıların saxlana bilməsi ehtimalını artırır.

Rusiya müxalifət lideri Aleksey Navalnı Moskvada məhkəmə zalında, 27 avqust, 2018.
Rusiya müxalifət lideri Aleksey Navalnı Moskvada məhkəmə zalında, 27 avqust, 2018.

“18 il ərzində Vladimir Putin və onun hökuməti büdcədəki pulları dağıdıb və bunu lazımsız layihələrə sərf edib. İndi pul qurtarıb və biz keçinmək üçün pensiyaçılardan oğurlamalıyıq”, Navalnı tərəfdarları sosial mediada yazıblar.

Aleksey Navalnı son illərdə etiraz nümayişləri təşkil etdiyinə görə bir neçə dəfə bir həftəlik həbsdə saxlanıb.

Pensiya yaşının artırılması ilə bağlı plan iyun ayında təqdim edilib və parlamentin aşağı palasında ilk oxunuşda qəbul edilib. Lakin plana geniş etirazlar edilir. Vladimir Putinin populyarlıq reytinqi isə planın təqdim edilməsindən sonra aşağı düşüb.

XS
SM
MD
LG