Accessibility links

Navalnı zəhərlənəndən sonrakı sağalma prosesindən danışıb


Aleksey Navalnı
Aleksey Navalnı

Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı sosial mediada yazdığı mesajda onun Noviçok sinir maddəsi ilə zəhərlənməsindən sonra sağalmağa doğru gedən yolun “açıq” amma “uzun” olduğunu bildirib.

Navalnı bunu Instagram səhifəsində onun Berlindəki hospitalda pilləkənləri düşdüyünü göstərən şəklin altına yerləşdirdiyini qeyddə yazıb. O, avqust ayında Rusiyada təyyarədə halı pisləşəndən sonra müalicə üçüb Almaniyaya köçürülüb.

Navalnı həmin qeyddə pilləkənləri qalxarkən çətinlik çəkdiyini bildirib.

“Gəlin sizə sağalma prosesimdən danışım. Bu, açıq amma uzun bir yoldur...Mən indi pilləkənləri qalxanda ayaqları əsən amma ən azında “Bu, pilləkəndir! İnsanlar bundan yuxarı çıxmaq üçün istifadə edir. Bəlkə də mən lift tapmalıyam” deyə düşünən bir oğlanam,” Navalnı yazıb.

Amma onun dediyinə görə, bir müddət öncə “sadəcə axmaq kimi dayanıb, baxırdım.”

Navalnı həmçinin Berlində Charite hospitalında süni komadan ayılandan sonrakı düşüncələrini təsvir edib. O daha öncə “insanları tanımadığını və necə danışacağını bilmədiyini” bildirib.

O yazıb: “Həkim hər gün məni ziyarət edib ‘Aleksey sənə ağ lövhə gətirmişəm. Gəl onun üzərində hansı sözü yazacağımızı düşünək’ deyirdi.”

“Bu, məni ümidsizləyə sövq edirdi, çünki mən ümumi olaraq həkimin məndən nə istədiyini başa düşsəm də, o sözləri hardan alacağımı anlamırdım. Onlar mənim başımın hansı hissəsində əmələ gəlir? Sözü necə tapıb ona məna verirsən? Bütün bunlar tamamilə anlaşılmaz idi. Ancaq mən çarəsizliyimi necə ifadə edəcəyimi də bilmirdim və sadəcə olaraq səssiz idim,” o bildirib.

Navalnının avqustun 20-də Rusiyanın kommersiya təyyarəsində Sibirdən Moskvaya uçarkən halı pisləşib. O bir neçə gün sonra həyat yoldaşının tələbi ilə Almaniyaya köçürülüb.

Berlində həkimlər Navalnının süni komadan sentyabrın 7-də ayıldıb və onun vəziyyətinin yaxşılaşdığını, lakin zəhərlənmənin onun sağlamlığına uzun müddətli təsirlərinin bəlli olmadığını bildirib.

Almaniya üç ayrı ölkədə aparılan laboratoriya testlərinin 44 yaşlı korrupsiyaya qarşı mübarizə aparan fəalın və Kremlin tənqidçisinin Noviçok sinir maddəsi ilə zəhərləndiyini müəyyən etdiyini bildirib və Qərb ölkələrinin hökümətləri Rusiyadan izahat verməsini və istintaq başlatmasını tələb edib.

Rusiya müstəntiqləri sentyabrın 19-da cinayət ittihamlarına gətirib çıxaracaq hər hansı dəlil tapmadıqlarını bildiriblər.

Lakin Navalnının komandası onun Sibirin Tomsk şəhərindəki otel otağından alınan su butulkasının Almaniyaya aparıldığını və onun üzərində Noviçok sinir maddəsinin izlərinin aşkar olunduğunu bildirib.

XS
SM
MD
LG