Accessibility links

Navalnının evində və ofislərində axtarışlar aparılıb


Rusiya hüquq-mühafizə orqanları cümə axşamı çirkli pulların yuyulmasına dair istintaq çərçivəsində Kremlin tənqidçisi Aleksey Navalnının tərəfdarlarının evlərinə və ofislərinə kütləvi reydlər keçiriblər.

Axtarışlar 39 şəhər və qəsəbədə Prezident Vladimir Putini dəstəkləyən hakim "Vahid Rusiya" partiyası Moskva şəhər məclisindəki yerlərinin üçdə birini itirdikdən lakin ölkbə boyu dominant mövqeyini asanlıqla əldə saxladığı seçkilərdən bir neçə gün sonraya təsadüf edir.

Navalnı keçən həftəsonu yerli və regional seçkilərdə Kremlin dəstəklədiyi namizədlərin şanslarını azaltmaq məqsədilə tərəfdarlarını taktiki olaraq səs verməyə çağırıb. Görünür, bu strategiya paytaxtda müəyyən uğur qazanıb.

Rəsmilər aparılan axtarışların vəzifəli şəxsləri ifşa edən araşdırmalar dərc etmiş Navalnının Antikorrupsiya Fondunda çirkli pulyuma üzərində istintaqla əlaqəli olduğunu söyləyiblər.

Ötən ay dövlət təhqiqatçıları fonda qarşı 1 milyard rubl (15 milyon dollar) yuyulması iddiası ilə cinayət işi açıb. Onlar həmçinin fondla əlaqəli bir bank hesabını dondurub.

Navalnının müttəfiqləri uydurma ittihamların müxalifət hərəkatını sıradan çıxarma cəhdi kimi qiymətləndirir.

Navalnının sözçüsü Kira Yarmış cümə axşamı son reydlərin presedentsiz olduğunu söyləyib.

Rusiya seçkilərini izləyən Qolos qeyri-hökumət təşkilatı cümə axşamı hakimiyyət tərəfindən fəallarının evlərinə də basqın edildiyini bildirib.

XS
SM
MD
LG