Accessibility links

Navalnının Rusiyadan çıxışına icazə verilib


Rusiya müxalifət lideri Aleksey Navalnı ölkəni tərk etməsinə icazə verildiyini bildirib. Navalnı çərşənbə axşamı günü Avropa İnsan Hüquqları Məhkəməsində onun işi ilə bağlı dinləmələrdə iştirak etmək üçün Fransaya səfərə çıxan zaman sərhəddə saxlanılmışdı. Ona ölkəni tərk etməsinə qadağa qoyulduğu bildirilmişdi.

Çərşənbə günü səhər Navalnı Moskva aeroportunda pasport yoxlanışı qarşısında şəklini paylaşıb və bildirib ki, onun ölkəni tərk etməsinə icazə verilib.

Navalnı çərşənbə axşamı günü bildirib ki, məhkəmə icraçıları ona mülki məhkəmə işi ilə bağlı 2.16 milyon dollar məbləğində maddi zərərin ödənilməli olduğu haqda məlumat verməyiblər. Göstərilən məbləğ operativ şəkildə köçürülüb.

Strasburqda cümə axşamı keçirilməsi gözlənilən dinləmələr Rusiyanın ən tanınmış müxalifət fiquru kimi tanınan Navalnını siyasi dəstəyə malik olmayan şəxs kimi təsvir edən Kremlin imicinə ciddi zərbə endirə bilər.

Aleksey Navalnı rəsmi dairələrdə korrupsiya araşdırmaları ilə populyarlıq qazanıb. O, Rusiyanın demək olar hər yerində minlərlə insanın cəlb edildiyi hökumət əleyhinə nümayişlərə başçılıq edib.

XS
SM
MD
LG