Accessibility links

Navalnı sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib


Rusiyada anti-korrupsiya fəalı və müxalif siyasətçi Aleksey Navalnı bildirib ki, ölkədə növbəti prezident seçkilərində iştirak etmək üçün kifayət qədər dəstək toplayıb. Rusiya prezidenti Vladimir Putinin uzun zamandır tənqidçisi olan Navalnı sənədlərini bu gün Moskvada Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Navalnı tərəfdarları ona dəstək məqsədilə imza toplamaq üçün Rusiyanın 20 şəhərində aksiyalar keçirib.

Navalnının Twitter səhifəsində sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən sonra açıqlama verdiyi nümayiş etdirilən video görüntü yerləşdirilib.

Rusiya müxalifət lideri tərəfdarlarına dəstəyə görə təşəkkür edib.

Navalnının 2018-ci ildə martin 18-də keçiriləcək seçkidə iştirak etməsi ona qarşı özünün siyasi motivli adlandırdığı cinayət işinin qaldırılması ilə əlaqədar qadağan edilib. O, məhkumluğu ləğv edildiyi, ya da xüsusi icazə aldığı halda seçkidə iştirak edə bilər.

Navalnının 800-ə qədər tərəfdarı Moskvada onun rəsmən namizədliyinin irəli sürülməsinə dəstək məqsədilə toplaşıb. Tədbiri Rusiyanın Mərkəzi Seçki Komissiyasının rəsmiləri müşahidə edib.

Eyni tədbirlər Vladivostok, Novosibirsk, Perm, Omsk və Krasnoyarsk da daxil olmaqla daha 19 başqa şəhərdə keçirilib.

Navalnı bildirib ki, yeni qanuna əsasən, o, ölkənin 20 şəhərinin hər birində 500 imza almalı idi. O, Twitter səhifəsində yazdığı şərhdə lazım olan sayda imza toplaya bildiyini bildirib.

Moskvada tərəfdarlarının qarşısında danışan 41 yaşlı Navalnı deyib ki, Putinə və onun hakimiyyətinə Rusiyada kütləvi dəstək mövcud deyil. O, namizədliyi qeydiyyata alınmasa, səsverməni boykot edəcəyi ilə hədələyib.

Rusiyada keçirilmiş rəy sorğuları Putinin seçicilərin 80 faizinin dəstəyinə malik olduğunu göstərir. Lakin bazar günü keçirilmiş aksiyalar Navalnıya xüsusilə də onun Rusiyanın müxtəlif bölgələrində keçirdiyi kampaniyadan sonra dəstəyin artdığını nümayiş etdirir.

XS
SM
MD
LG