Accessibility links

Navalnı seçkilərə qatıla bilməyəcək


Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası 12 səslə siyasətçi Aleksey Navalnının Rusiya prezidentliyinə namizədliyinin qeydiyyatından imtina edib. MSK-nın bu məsələyə baxan iclası televiziya ilə birbaşa translyasiya edilirdi.

MSK üzvü Boris Ebzeyev iclasda deyib ki, Aleksey Anatolyeviçin üstündə olan məhkumluq ağır cinayətlər kateqoriyasına aiddir və onun bu məhkumluğu üstündə qalır, ləğv edilməyib və ona xitam verilməyib”.

MSK-nın sədri Emma Pamfilova isə bildirib ki, “Aleksey Anatolyeviçin sənədlərinə heç bir irad tutulmayıb və bu sənədlər tamamilə düzgün tərtib olunmuşdu”.

Navalnı öz çıxışında deyib: “Mən Mərkəzi Seçki Komissiyasını sevmirəm, ehtimal edirəm ki, siz də məni sevmirsiniz”.

O bildirib ki, “MSK-nın bütün işini təkbaşına görəcək və bu seçkiyə böyük diqqət yaradacaq”. Bununla da müxalifətçi səsvermənin saxtalaşdırılması əleyhinə 2011-2012-ci illərdə keçirilmiş mitinqləri yada salıb.

Navalnı bildirib: “Elə namizədlər var ki, səslər uğrunda heç mübarizə aparmırlar və seçkinin əvvəlcədən bəlli müəyyən nəticələri var”.

Korrupsiya ilə mübarizə fondunun təsisçisi xatırladıb ki, Avropa İnsan Haqları Məhkəməsi onun barəsində olan məhkəmə hökmünü ləğv edib.

Navalnı bunu da yada salıb ki, Rusiya Konstitusiyasında “azadlıqdan məhrumetmə müəssələrində olmayan şəxslərin seçkidə iştirakına icazə verilir”.

XS
SM
MD
LG