Accessibility links

Navalnı Moskvada etiraz nümayişi zamanı saxlanılıb


Polis Moksvada Rusiyada mart ayında prezident seçkilərinə etiraz çağırışlarının edildiyi nümayiş zamanı müxalifət lideri Navalnını saxlayb.

Navalnı Twitter sosial şəbəkəsində “Mən saxlanmışam” yazıb və öz tərəfdarlarını nümayişə qoşulmağa çağırıb.

Bazar günü bundan öncə polis Navalnının qərargahında reyd keçirib. Videoda canlı yayım vasitəsilə polisin sorğu-sual keçirdiyi və onun fondunun bir neçə işçisini həbs etdiyi nümayiş etdirilib.

Müxalifət lideri bildirib ki, mart ayında keçiriləcək səsvermə boykot olunmalıdır. O, səsverməni “saxta seçkilər” adlandırıb. Navalnı bazar günü Rusiyanın hər yerində seçkilərə etiraz nümayişlərinin keçirilməsinə çağırıb.

Bazar günü yayımladığı video mesajında o bildirib ki, nümayişlərdə çox sayda polisin olması onu tədbirə qatılmaqdan çəkindirməyəcək.

Navalnı tərəfdarları etiraz nümayişi keçirir, Moskva, 28 yanvar, 2018.
Navalnı tərəfdarları etiraz nümayişi keçirir, Moskva, 28 yanvar, 2018.

Navalnının seçkilərdə iştirakı onun şərti həbs cəzasına məhkum olması ilə əlaqədar qadağan edilib. Müxalifət lideri özü bu ittihamları uydurma adlandırır. O, 17 idir Rusiyada prezident və baş nazir kimi hakimiyyətdə olan prezident Vladimir Putinin vəzifədə uzun müddət qaldığını bildirir. Navalnının sözlərinə görə, Putinin populyarlığı qərəzli media və legitim opponentləri prosesdən kənarlaşdıran seçki sistemi ilə əlaqədardır.

Keçmiş KGB (Dövlət Təhlükəsizliyi Komitəsi) zabiti olan Putin seçkilərə müstəqil namizəd kimi qatılır. Müşahidəçilərin fikrincə, bu, onun partiyanın siyasi fiquru kimi deyil, ölkə lideri kimi imicini gücləndirə bilər.

Müttəfiqləri Putinə milli qüruru bərpa etdiyinə və Suriya və Ukraynada hərbi müdaxilələr nəticəsində Rusiyanın qlobal lider kimi mövqeyini gücləndirdiyinə görə yüksək qiymət verirlər.

XS
SM
MD
LG