Accessibility links

Dövlət Departamenti: Navalnıya hökm, prezident Putinin başlıca tənqidçisinin susdurulması məqsədi daşıyır


Rusiya müxalifət lideri Aleksey Navalnı bu gün ona qarşı məhkəmənin çıxardığı hökmə etiraz edən nümayişçilərə qoşulduqdan sonra polis tərəfindən saxlanıb.

Polis eyni zamanda, Qızıl meydan və Kreml yaxınlığında etiraz edən onlarla nümayişçini həbs edib. Televiziyada etraziçıların dinc aksiyası canlı yayımda göstərilib.

Minlərlə insan prezident Vladimir Putinin başlıca tənqidçilərindən biri olan Aleksey Navalnı və onun qardaşı Oleq Navalnının məhkum edilməsinə dair qərara etiraz olaraq Manejnaya meydanınan toplaşıb.

Navalnının tərəfdarları ona qarşı çıxarılmış qərarı onun müxalif fəaliyyəti ilə əlaqələndirir.

Rusiya məhkəməsi Fransa kosmetika şirkətinin 500 min dollar məbləğdə maliyyə vəsaitini mənimsədiyi haqda bu gün qərar qəbul edib.

ABŞ Dövlət Departamenti və Avropa İttifaqı hökmü pisləyərək, onun həyəcan doğurduğunu və prezident Vladimir Putinin başlıca tənqidçisinin susdurulması məqsədi daşıyaraq, siyasi motivlərə əsaslandığını bildirib.

Dövlət Departamentinin sözçüsü Ceff Rathke son inkişafların Rusiyada siyasi fəallığa görə cəzalandırılma və onun qarşısının alınması məqsədi daşıdığını deyib.

Avropa İttfiaqı da Navalnı qardaşlarının məhkum olmasını pisləyərək, bunun siyasi məqsəd daşıdığını bəyan edib. Avropa İttifaqı məhkəmənin hökmünə etiraz nümayişlərində təmkinə çağırıb.

XS
SM
MD
LG