Accessibility links

Rusiya məhkəməsi Aleksey Navalnı haqqında qərar çıxarıb [Fotoqalereya]


O, 3 il 6 ay müddətinə şərti cəza alıb

Rusiya məhkəməsi siyasi fəal Aleksey Navalnını fransız kosmetika şirkətinə qarşı ən azı 500 min dollarlıq fırıldaqçılıqda günahkar bilib.

Dövlət ittihamçısı onun barəsində 10 il müddətində azadlıq məhrum etmə cəzasının tətbiqini istəsə də, hakim 38 yaşlı hüquqşunas və blogger haqqında 3 il 6 ay müddətinə şərti həbs qərarı çıxarıb. Navalnının qardaşı Oleq də eyni ttihamda təqsirli bilinsə də, o, həbsxanaya göndərilib.

Məhkəmə əvvəlcə hökmün oxunuşunu yanvarın 15-ə planlaşdırsa da, sonradan heç bir əsas göstərmədən qərarını dəyişərək hökmü bu gün oxuyub. Kreml yaxınlığında etiraz aksiyasının keçirilməsinə dair yaradılan Facebook səhifəsi on minlərlə insanın diqqətini cəlb etmişdi. Hökm oxunduqdan sonra tərəfdarlarını etirazları davam etdirməyə çağırıb.

Navalnı qanunsuz nümayişdə iştirakına görə fevral ayından bəri ev dustaqlığında saxlanırdı.

XS
SM
MD
LG