Accessibility links

Rusiyada Navalnının tərəfdarları həbs olunub


Rusiya polisi müxalifətçi siyasətçi şənbə günü prezident Vladimir Putinə qarşı Rusiyanın bir neçə müxtəlif şəhərində keçiriləcək etirazlardan öncə Aleksey Navalnının tərəfdarlarını həbs edib, onların evlərində reydlər keçirib. Vladimir Putinin yeni prezidentlik müddəti bazar ertəsi başlayır.

Fəal İlya Qantvarq ötən gecə Sankt Peterburqda həbs edilib,” deyə İnterfaksın yaydığı Açıq Rusiya Fondunun press-relizində bildirilib. “İlya Aleksey Navalnının komandasının təşkil etdiyi tədbirlərin aktiv iştirakçısıdır.

Açıq Rusiya açıqladığı sənəddə həmçinin bildirilir ki, fondun üzvlərindən biri Krasnodarda, Nalvanının işçilərindən biri isə Krasnoyarskda öz həyətində həbs edilib.

“O, mayın 5-də keçiriləcək tədbirdə iştirak etməkdə ittihamolunmaq üçün evindən birbaşa məhkəməyə aparılıb,” qrup bildirib.

Navalnının tərəfdarları şənbə günü ölkə boyu 90 Putin əleyhinə etiraz yürüşü keçirməyi planlaşdırıb. Onların bəzilərinə icazə verilməyib.

Təqiblə bağlı xəbərdarlıq

Bu yaxınlarda Amerikanın Səsinin rus şöbəsinə müsahibə verən Nalvninin heyətinin başçısı Leonid Volkov təqiblərin qaçılmaz olduğu ilə bağlı xəbərdarlıq edib.

“Rəsmilər hər zaman etirazlardan qorxublar, qorxmağa da davam edirlər. Onlar əllərindən gələn hər şeyi, xəbərdalıq, hədə, müxalifəti dağıtmaq vədləri edirlər. Bu hər zaman belədir,” o deyib.

Bir kiçik etiraza icazə verilib, Volkov isə deyir ki, onun təsdiqlənməsinin səbəbi hökümətə demokratiya donu geyindirməkdir.

Navalnının ofisində reyd keçirilib

Şənbə günü keçiriləcək etirazlara “O bizir çar deyil” damğası vuran Navalnının Yekaterinburq şəhərindəki regional qərargahında cümə günü reyd keçirilib. Polis nümayişlər üçün hazırlanan təbliğat-tipli materialları müsadirə edib.

Bundan əlavə Navalnının tərəfdarları Çeboksari, Kemerovo, Tambov və Ryazan şəhərlərində də həbs olunub.

1999-cu ildən bəri ya prezident ya da baş nazir olan Putin martın 18-də seçkidə qalib gələndən sonra bazar ertəsi and içərək yeni altı-illik müddətə prezident vəzifəsinin icrasına başlayacaq. Rəqibləri seçkinin saxta olduğunu, beynəlxalq müşahidəçilər isə seçicilərə real seçimin verilmədiyini deyib.

Putinin 2012-ci ildə yenidən seçildiyi zaman küçələrdə kütləvi etiraz aksiyaları təşkil edən Navalnının maliyyə cinayətləri ittihamları ilə seçkidə iştirak etməsinin qarşısı alınmışdı. Navalnı isə bu ittihamların uydurma olduğunu iddia edir.

XS
SM
MD
LG