Accessibility links

Aleksey Navalnıy həbs edilib [Video]


Rusiyanın bir çox şəhərlərində korrupsiyaya qarşı etiraz aksiyaları keçirilib.

Rusiyanın müxalifət lideri Aleksey Navalnıy Moskvadakı evi yaxınlığında həbs edilib.

Onun həbsi sanksiyalaşdırılmamış nümayişlər öncəsi həyata keçirilib.

Navalnının xanımı Twitter hesabında yazıb ki, o, nümayişin başlamasından yarım saat əvvəl nəzarət altına alınıb. Navalnı hər hallda nümayişin təşkilinə çağırıb.

Navalnının ofisində bu gün elektrikin kəsildiyi bildirilib.

Rəsmilər yürüş zamanı provokasiyalar və qanunsuz əməllərə yol verilməməsinə çağırıb. Lakin nümayişçilər "Putinsuz Rusiya", "Putin oğrudur" və "Ar Olsun" kimi şüarlar səsləndirib.

Yüzə yaxın nümayişçi nəzarət altına alınıb. Onlar arasında müxalifətçi İlya Yaşin, Vyaçeslav Maltsev, Mark Qaperin, Korrupsiya ilə mübarizə idarəsinin rəhbəri Roman Rubanov, habelə "Açıq Rusiya" təşkilatının koordinatoru Mariya Baronova da var.

Navalnı prezident Putin və digər rəsmiləri korrupsiyada ittiham edir.

XS
SM
MD
LG