Accessibility links

Navalnı Şimal qütb dairəsində cəzaçəkmə müəssisəsinə köçürüldüyünü təsdiqləyib


Həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı çərşənbə axşamı Şimal Qütb dairəsinin şimalında çəzaçəkmə müəssisəsinə köçürüldüyünü təsdiqləyib.

Onun “X”də mesajı komanda üzvlərinin bir neçə həftə onunla əlaqə saxlaya bilməyəndən sonra yerini müəyyən etdiklərini bildirməsindən bir gün sonraya təsadüf edib.

Navalnı Moskvanın şərqində Vladimir bölgəsində saxlanılırdı. İndi isə kəskin qışı ilə tanınan Yamal-Nenets bölgəsində Xarpdadır.

Navalnı bildirib ki, o “elə ehtiyala və elə rəqibə yolla köçürülüb ki,” yanvara qədər onun yerinin müəyyən ediləcəyini gözləmirdi.

“Hər halda, mənə görə narahat olmayın. Mən yaxşıyam. Nəhayət gəlib çatdığıma görə rahatladım. Hər kəsə dəstəyinə görə minnətdaram. Və bayramınız mübarək!” Navalnı deyib.

Navalnının sözçüsü Kira Yarmış bazar ertəsi bildirib ki, onun vəkili yeni yerdə onunla görüşə bilib. O deyib ki, Navalnını orada saxlamağın məqsədi onu təcrid etməkdir.

Navalnı 2021-ci ildə Kremli günahlandırdığı sinir agenti ilə zəhərlənmədən müalicə aldığı Aımaniyadan geri dönəndən sonra həbs edilin. O, ona qarşı irəıi sürülən bütün ittihamlı siyasi motivli adlandıraraq rədd edir.

Forum

XS
SM
MD
LG