Accessibility links

Aleksey Navalnı həbsxana rəhbərliyi tərəfindən ona psixoloji təzyiq göstərildiyini deyir


Müxalifət lideri Aleksey Navalnı həbsxana administrasiyası tərəfindən ona psixoloji təzyiq göstərildiyi barədə məlumat verib. Siyasətçinin sözlərinə görə, şəxsi gigiyenaya riayət etməyən məhbus onunla bir kameraya salınıb. Müxalifətçinin Twitter səhifəsində bu barədə silsilə yazılar yayılıb.

Navalnının dediyinə görə, ikinci şəxsin çox kiçik həbsxana kameralarında olması gigiyena qaydalarına riayət edilməsini çox vacib edir. "Problemi olan məhbus bu mənada sizin həyatınızı dözülməz edəcək. Lakin hər şey qanuna uyğundur", administrasiya rəhbərliyi təbəssümləmənim hiddətimə cavab verir" müxalifətçinin adından gələn mesajlarda deyilir.

Navalnı iddia edir ki, onun yeni kamera yoldaşı başqa kameraya köçürülmək üçün ərizə yazıb. Həbsxana rəhbərliyi isə imtina edib.

Müxalifətçi kamera yoldaşını şəxsi gigiyenaya riayət etməyə inandırmaq üçün "hədə-qorxu, qışqırıq və vicdana çağırışlardan" istifadə etməli olub. "Özümü uşaq bağçasında qəribə bir müəllim kimi hiss edirəm" - deyə, siyasətçi Twitter-də bildirir.

Daha əvvəl məlum olub ki, Vladimir vilayətində ciddi rejimli koloniyada uzun müddət cəza çəkən Aleksey Navalnı səkkizinci dəfə cəzaçəkmə kamerasına salınıb. Bu dəfə o, orada 11 gün qalmalı olub.

2020-ci ilin avqustunda Noviçok maddəsi ilə zəhərləndikdən və Berlində müalicə olunduqdan sonra Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanıb və həbs edilib.

XS
SM
MD
LG