Accessibility links

Aleksey Navalnının cənazəsi anasına təhvil verilib


Navalnı
Navalnı

Xarpda həbsxanada ölən siyasətçi Aleksey Navalnının cənazəsi anası Lyudmila Navalnayaya təhvil verilib. Bu barədə müxalifətçisinin yardımçısı Kira Yarmış X-də məlumat verib.

“Alekseyin cənazəsini anasına verdilər. Bizimlə birlikdə bunu tələbl edən hər kəsə böyük təşəkkür edirik. Lyudmila İvanovda hələ ki, Salexarddadır. Dəfn mərasimi hələ qabaqdadır. Biz hakimiyyətin dəfn mərasimini ailəsi istədiyi və Alekseyin layiq olduğu şəkildə keçirilməsinə icazə verib-verməyəcəyini bilmirik. Biz məlumat daxil olduqca, paylaşacağıq,” Yarmış yazıb.

Lyudmila Navalnaya 22 fevralda video-meraciətlə çıxış edərək, ona oğlunun nəşini verməkdən imtina etdiklərini deyib, həmçinin hakimiyyətin müxalifətçini gizli dəfn etmək niyyətini açıqlayıb.

“Mən bu videonu ona görə çəkirəm ki, onlar məni təhdid etməyəm başladılar. Gözümün içinə baxaraq, dedilər ki, gizli dəfnə razılaşmasam, oğlumun cənazəsinə nə isə edəcəklər. Müstəntiq [Aleksandr] Varapayev mənə açıq dedi: Vaxt sizin əleyhinizə iləmir, cənazə cürüyür. Mən xüsusi şərtlər istəmirəm. Mən sadəcə olaraq istəyirəm ki, hər şey qanuna uyğun olsun. Mən oğlumun cənazəsinin dərhal mənə verilməsini tələb edirəm,” o bəyan edib.

23 fevral tarixində müstəntqlər Lyudmilaa Navalnayaya ultimatum qoyub: ya o, oğlunun gizli dəfn olunmasına razı olacaq, ya da onu cəzaçəkmə koloniyasında dəfn edəcəklər.

“Bir saat əvvəl Alekseyin anasına müstəntiq zəng edib, ultimatum verdi. Ya o 3 saat ərzində ictimai vida mərasimi olmadan gizli dəfnə razılaşacaq, ya da Alekseyi koloniyada dəfn edəcəklər. O, İstintaq Komitəsi danışıq aparmaqdan imtina etdi, çünki onların onun oğlunu harda və necə dəfn edəcəyinə qərar vermək səlahiyəti yoxdur,” Yarmış yazıb.

FBK-nın direktoru İvan Jdanov həmçinin xəbər verib ki, Navalnının anasının vəkilləri İstintaq Komitəsinə mərhumun cəsədini təhqir etmə maddəsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 244-cü maddəsi) üzrə cinayət işinin başlanması xahişi ilə ərizə təqdim ediblər.

Forum

XS
SM
MD
LG