Accessibility links

Nəvvab Kərimli: İranda əhali ancaq hakimiyyətin seçdiyi namizədlərə səs verə bilir


Nəvvab Kərimli

İranın 11-ci parlament seçkiləri fevral ayının 21-də keçiriləcək. Türk fəal Nəvvab Kərimlinin dediklərinə görə, İran İslam Respublikasında keçirilən müxtəlif seçkilərdə ancaq hakimiyyətin ideologiyasına yaxın olan namizədlər qeydiyyata alınır.

Nəvvab Kərimli Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:15:26 0:00

2016-cı ildə keçirilən parlament seçkilərində namizədliyi seçki komissiyası tərəfindən rədd edilən Kərimli Amerikanın Səsi ilə söhbətdə İranda seçki prosesini şərh edib.

Qeydiyyat mərhələsində namizədliklərini irəli sürənlərin keçmişinə baxırlar. Baxırlar ki, bu insan keçmişdə nələr etmiş, bizə yaxındır ya yaxın deyil, bizimlə işbirliyi edər ya yox.

İranın 10-cu parlament seçkilərində İran Azərbaycanının Təbriz, Urmiyə, Mərənd, Əhər, Sulduz və Məlikan kimi seçki dairələrindən namizədliklərini irəli sürən türk fəallar seçki komissiyası tərəfindən diskvalifikasiya edilmişdilər.

Həmin dövr Şərqi Azərbaycan vilayətinin Məlikan (Məlikəndi) şəhərindən namizədliyini irəli sürən Nəvvab Kərimli milli və mədəni fəaliyyətləri səbəbilə rədd edildiyini ifadə edir.

İranda teokratik hakimiyyətə qarşı kök salmış narazılıq özünü tez-tez baş qaldıran kütləvi etiraz askiyalarında büruzə verir.
İranda teokratik hakimiyyətə qarşı kök salmış narazılıq özünü tez-tez baş qaldıran kütləvi etiraz askiyalarında büruzə verir.

“Qeydiyyat mərhələsində namizədliklərini irəli sürənlərin keçmişinə baxırlar. Baxırlar ki, bu insan keçmişdə nələr etmiş, bizə yaxındır ya yaxın deyil, bizimlə işbirliyi edər ya yox. Seçkilərdə bu səlahiyyət vermə (kvalifikasiya) mərhələsi demokratiya baxımından mənasızdır. Səlahiyyət yəni hakimiyyətin ideologiyasına yaxın olmaq,” hazırda ABŞ-ın Kentukki universitetində araşdırmaçı kimi çalışan Kərimli bəyan edir.

O deyir ki, “mənim səlahiyyətimi təhqiqatın elə birinci mərhələsində rədd etdilər. Mənə bir məktub göndərdilər ki, sənin keçmişdəki qövmiyyətçilik (milliyyətçilik) fəaliyyətlərinə görə sənə səlahiyyət vermirik.”

Güney Azərbaycanda seçkidə iştirak edənlərin sayı çox aşağıdır. Buna görə ki, Güney Azərbaycanda bizim millət Tehran və mərkəzin ideologiyasını və başqa bir millətin bizim millətə üstdən baxmasını artıq qəbul etmir


Nəvvab Kərimlinin sözlərinə görə, əhali əslində hakimiyyətin seçdiyi namizədlərə səs verə bilir.

“Millət arasında bir söz var ki, biz əsasən seçilmiş insanları seçirik. Yəni belə deyil ki, biz gedib müxalif olan birini seçə bilək. Ya İslam Respublikasının ideologiyasını qəbul etməyənləri seçə bilək. Əsasən belə insanlar heç müraciət edə bilmirlər. Müraciət etsələr də yüzdə yüz rədd edilirlər,” o söyləyir.

Kərimli həmçinin İran Azərbaycanında seçkilərdə iştirakın aşağı səviyyədə olduğuna diqqət çəkir.

Onun dediklərinə görə, “parlament ya prezident seçkilərində Güney Azərbaycanda iştirak edənlərin sayı çox aşağıdır. İranın başqa bölgələr ilə müqayisədə. Bu da buna görədir ki, Güney Azərbaycanda bizim millət Tehran və mərkəzin ideologiyasını və demək olar ki, başqa bir millətin bizim millətə üstdən baxmasını artıq qəbul etmir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG