Accessibility links

Naxçıvanın keçmiş daxili işlər nazirinin oğlanları sərbəst buraxılıb


Səyavuş Mustafayev
Səyavuş Mustafayev

Naxçıvanın keçmiş daxili işlər naziri Səyavuş Mustafayevin oğlanlarını bu gün, iyulun 24-də sərbəst buraxıblar.

Bu barədə Mustafayevin oğlu Əsgər Mustafayev Amerikanın Səsinə bildirib.

İyulun 14-də Milli Məclisin qarşısında Azərbaycan Ordusunu müdafiə məqsədi ilə keçirilən aksiyada yaranmış insident faktı üzrə cinayət işi qaldırılıb. Naxçıvanın keçmiş daxili işlər naziri Səyavuş Mustafayevə qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə ittiham irəli sürülüb, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bundan sonra keçmiş naizrin oğlanları Əsgər və Türkeş Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib.

“Dünən, iyulun 23-də mən qardaşımla İstintaq İdarəsində izahat yazıb sərbəst buraxıldıq. Lakin istintaq idarəsindən sərbəst buraxıldıqdan sonra polis tərəfindən saxlanıldıq. Qardaşımı Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə, məni isə həmin idarənin 37-ci Polis Bölməsinə apardılar. Bu gün günorta saatlarınadək hər ikimizi saxladılar. İndi heç bir izahat vermədən sərbəst buraxdılar,” Əsgər Mustafayev qeyd edib.

O, atasının 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanıldığını bildirib.

“Atamla görüşümüzə imkan vermirlər,” o qeyd edib.

Hüquq müdafiə təşkilatının həbslərlə bağlı araşdırması

“Müdafiə xətti” hüquq-müdafiə təşkilatınının araşdırmalarından məlum olur ki, iyulun 14-15-də orduya dəstək nümayişi ilə bağlı cinayət işi üzrə 25 nəfər həbs edilib.

Həbs olunanlardan 10 nəfəri Xalq Cəbhəsi Partiyasının, 1 nəfər Demokratiya və Rifah Hərəkatının, 2 nəfər Müsəlman Birliyi Hərəkatının üzvləri, 1 nəfər Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziridir. Qalanları bitərəfdir.

Onlar Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxsləri 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onların hamısı barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Aksiyanın daha üç iştirakçısı Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi (karantin rejiminin pozulması, yoluxucu xəstəliklərin yayılmasına səbəb olduqda) üzrə cəlb edilib.

Onların ikisi AXCP üzvü, biri isə AXCP üzvü Məmməd İbrahimin oğludur. Bu maddə üzrə maksimum cəza 3 il azadlıqdan məhrumetmədir.

Bundan əlavə, AXCP-nin 9 üzvü inzibati qaydada həbs edilib. Daha yeddi nəfər saxlanıldıqdan sonra sərbəst buraxılıb.

“Müdafiə xətti” təşkilatı həbs olunanların sayının daha çox ola biləcəyini istisna etmir.

Rəsmi qurumlar saxlanılanlar və həbs edilənlərin sayı ilə bağlı hələ məlumat yaymayıb.

“Müdafiə xətti" bu ilin iyulunda yaradılıb. İcraçı direktoru prokurorluğun keçmiş müstəntiqi və siyasi məhbus Rüfət Səfərovdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG